Martın 15-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.
Üçtərəfli görüş çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə XİN rəhbərlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.