Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Komitə sədri dövlət büdcəsinə edilən dəyişiklikləri AÇIQLADI
  • Cəmiyyət

Komitə sədri dövlət büdcəsinə edilən dəyişiklikləri AÇIQLADI

“Deputatların təklifləri əsasında 2022-ci ilin dövlət büdcəsi xərclərinin məbləği dəyişməsə də bir sıra maddələrdə dəyişikliklərin edilməsi zərurəti yaranıb”.
Cavidan 3 Dekabr, 2021
1586529530.tahir_mirkishili_100420

“Deputatların təklifləri əsasında 2022-ci ilin dövlət büdcəsi xərclərinin məbləği dəyişməsə də bir sıra maddələrdə dəyişikliklərin edilməsi zərurəti yaranıb”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, əsas bölmələrə aid edilməyən xərclər bölməsindən 172 milyon 887,6 min manat azaldılaraq aşağıdakı xərc bölmələri üzrə məbləğlərin artırılması təklif olunur: “76,8 milyon manat sosial müdafiə və sosial təminat xərclərinin artırılması üçün. Bundan sosial müdafiə xərclərinin artımı 76,462 milyon manat, uşaq və ailə dəstək mərkəzinin saxlanılması xərci 337,0 min manat təşkil edəcək.

  • 70 milyon 527 min manat hüquq-mühafizə bölməsi üzrə hüquq-mühafizə orqanlarında əmək haqqı, saxlanma, ştatların komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilir.
  • 15 milyon 363 min manat rabitə və nəqliyyat bölməsi üzrə dövlət informasiya sistemlərinin və ehtiyyatlarının formalaşdırılması, saxlanılması və mərkəzləşdirilmiş şəkildə idarə edilməsi üçün Hökumət Buludunun fəaliyyəti və nəqliyyat sahəsində tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.
  • 5 milyon 369 min manat mənzil-kommunal təsərrüfatı bölməsi üzrə Bakı şəhərində və digər rayon və şəhərlərin mənzil-kommunal təsərrüfatı və əsaslı təmiri xərclərinin artırılmasına sərf olunacaq.
  • 2 milyon 642 min manat ümumi dövlət xidməti xərcləri bölməsi üzrə. Bundan 1 milyon 500 min manatı yeni rəsmilləşdirilmiş üzvlük haqları üzrə öhdəliklərə (yeni yaradılmış “Türk Mədəniyyəti və İrsi Fondu”na və “Türk Akademiyası”), 942,0 min manatı əmək haqqı xərclərinin artırılmasına, 200,0 min manatı qeyri-maddi aktivlərin alınmasına yönəldiləcəkdir.
  • 1 milyon 750 min manat mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət bölməsi üzrə artıma yönəldiləcəkdir və mədəniyyət-informasiya sahəsində subsidiya həcminin artırılması ilə bağlıdır.
  • 437 min manat ətraf mühitin mühafizəsi bölməsinin artımına yönəlir. Bu da Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqəlidir.

Nəticədə icmal büdcənin gəlirləri və xərcləri müvafiq olaraq 27 milyard 685 milyon manat və 32 milyard 914 milyon manat təşkil edəcək. İcmal büdcənin kəsiri isə dəyişməyərək 5 milyard 229 milyon manat səviyyəsində qalacaq.

Buna müvafiq olaraq qanun layihəsinin 15-ci maddəsində (icmal büdcənin xərclərinin yuxarı həddi) 32 milyard 906 milyon 390 min manat rəqəmi 32 milyard 914 milyon 390 min manat rəqəmi ilə əvəz edilməsini təklif olunur”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanda bu qanun LƏĞV EDİLDİ
Next: “Qadınları heç kim zorla ərə verə bilməz” – “Taliban”dan fərman

Bölmənin digər xəbərləri

277a64f4-30a3-3c0v
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Cavidan 25 İyun, 2026
CMST4L9dg3uCP1 v
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Cavidan 25 İyun, 2026
547d37ae-d642-3 v
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 645)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 005)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 1
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb CMST4L9dg3uCP1 v 2
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

25 İyun, 2026
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB aj1mmDpj3XS6niqa8Se b 3
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

25 İyun, 2026
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib 547d37ae-d642-3 v 4
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

25 İyun, 2026
600 bal toplayanların ən çoxu I qrupdadır 1782307156_thumb v 5
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9645) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3005) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.