Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 332)
  • Dünya (3. 345)
  • Gündəm (11. 683)
  • İdman (647)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Rəsulzadənin anım günüdür 

Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Məhəmməd
Cavidan 6 Mart, 2024

Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və dörd il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.

1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.

Qeyd edək ki, 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Ötən il isə dövlət başçısı Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalayıb.

Continue Reading

Previous: Prezident ATV-nin rəhbəri ilə bağlı sərəncam imzaladı
Next: Bitkoinin qiyməti tarixi rekordu yenilədi

Bölmənin digər xəbərləri

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
  • Cəmiyyət

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

29 Aprel, 2026
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar
  • Cəmiyyət

Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar

29 Aprel, 2026
“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”
  • Cəmiyyət

“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”

29 Aprel, 2026

Top 7 Xəbər

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür 1

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

29 Aprel, 2026
Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək 2

Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

29 Aprel, 2026
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar 3

Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar

29 Aprel, 2026
“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur” 4

“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”

29 Aprel, 2026
AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi 5

AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi

29 Aprel, 2026
Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb 6

Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb

29 Aprel, 2026
Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub 7

Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

29 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 332)
  • Dünya (3. 345)
  • Gündəm (11. 683)
  • İdman (647)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9332) Dünya (3345) Gündəm (11683) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (347) Siyasət (2986) Texnologiya (14) İdman (647) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür 29 Aprel, 2026
  • Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək 29 Aprel, 2026
  • Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün – Qaydalar 29 Aprel, 2026
  • “Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur” 29 Aprel, 2026
  • AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi 29 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.