Skip to content
11 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 209)
  • Dünya (3. 308)
  • Gündəm (11. 563)
  • İdman (639)
  • İqtisadiyyat (586)
  • Kateqoriyasızlar (480)
  • Kriminal (1. 370)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Rəsulzadənin anım günüdür 

Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Məhəmməd
Cavidan 6 Mart, 2024

Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və dörd il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.

1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.

Qeyd edək ki, 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Ötən il isə dövlət başçısı Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalayıb.

Continue Reading

Previous: Prezident ATV-nin rəhbəri ilə bağlı sərəncam imzaladı
Next: Bitkoinin qiyməti tarixi rekordu yenilədi

Bölmənin digər xəbərləri

Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb
  • Dünya

Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb

11 Aprel, 2026
Masazırda iki qadın qətlə yetirilib
  • Gündəm

Masazırda iki qadın qətlə yetirilib

11 Aprel, 2026
Bakıda 6-cı Startap Forumu keçirilir
  • Cəmiyyət

Bakıda 6-cı Startap Forumu keçirilir

11 Aprel, 2026

Top 7 Xəbər

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasının ikinci turunda mübarizə aparacaqlar 1

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasının ikinci turunda mübarizə aparacaqlar

11 Aprel, 2026
Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb 2

Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb

11 Aprel, 2026
Masazırda iki qadın qətlə yetirilib 3

Masazırda iki qadın qətlə yetirilib

11 Aprel, 2026
Bakıda 6-cı Startap Forumu keçirilir 4

Bakıda 6-cı Startap Forumu keçirilir

11 Aprel, 2026
Q neftinin qiyməti 120 dollardan aşağı düşüb 5

Q neftinin qiyməti 120 dollardan aşağı düşüb

11 Aprel, 2026
Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər 6

Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər

11 Aprel, 2026
XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib 7

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

10 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 209)
  • Dünya (3. 308)
  • Gündəm (11. 563)
  • İdman (639)
  • İqtisadiyyat (586)
  • Kateqoriyasızlar (480)
  • Kriminal (1. 370)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9209) Dünya (3308) Gündəm (11563) Kateqoriyasızlar (480) Kriminal (1370) Mədəniyyət (344) Siyasət (2979) Texnologiya (14) İdman (639) İqtisadiyyat (586)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasının ikinci turunda mübarizə aparacaqlar 11 Aprel, 2026
  • Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb 11 Aprel, 2026
  • Masazırda iki qadın qətlə yetirilib 11 Aprel, 2026
  • Bakıda 6-cı Startap Forumu keçirilir 11 Aprel, 2026
  • Q neftinin qiyməti 120 dollardan aşağı düşüb 11 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.