Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb. Təsnifat hazırlanarkən Ağdərə rayonunun yaradılması, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi və digər məsələlər nəzərə alınıb.
Bu barədə komitədən məlumat verilib.
İnzibati Ərazi Bölgüsü Təsnifatına görə, hazırda Azərbaycanda respublika tabeli 10 şəhər var. Bunlar aşağıdakılardı:
Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax.
Rayonların sayına gəldikdə, hazırda onların sayı 57-dir.
Həmçinin Azərbaycan Respublikasına Naxçıvan Muxtar Respublikası da daxildir.
Muxtar respublika 1 şəhər (Naxçıvan şəhəri) və 7 rayondan (Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.