Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Qarabağ”a edilən anormal müraciət…
  • Cəmiyyət
  • Gündəm

“Qarabağ”a edilən anormal müraciət…

“Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı klubun qapısını döyənlərin sayını birə-beş artırıb. Açığı, döymürlər, qırırlar… Bu cümləni oxuyanda ağlagələn ilk
Cavidan 1 Mart, 2024
qarabag

“Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı klubun qapısını döyənlərin sayını birə-beş artırıb. Açığı, döymürlər, qırırlar…

Bu cümləni oxuyanda ağlagələn ilk məsələ xarici klubların skautlarının Ağdam təmsilçisinin futbolçularına maraq göstərməsi ilə bağlı olsa da, hələlik reallıq tamam fərqlidir.

Reallıq odur ki, hər mövsüm olduğu kimi, bu il də “Qarabağ”dan pulsuz bilet istəyənlər yenidən peyda olub.

Bunların arasında kifayət qədər imkanlı şəxslər, vəzifəlilər də var. 

Bu gündən etibarən UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununun biletləri satışa çıxarılıb. 

Azərbaycan reallığında Bakıda keçiriləcək qarşılaşmanın biletlərinin qiyməti də münasibdir –  5, 10, 20, 30, 40, 100 və 150 manat.

Satış nöqtələri də əlçatandır –  “Qarabağ”ın fan-şopu və Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları…

Stadionun yerini tanımayan yoxdur. Çünki müftə bilet əldə edən axırda ora gedir. Amma bu şəxslər yəqin ki, klubun fan-şopunun harada yerləşdiyini belə bilmirlər. Çünki kluba dəstək olmaq istəyən şəxs təmənnasız biletdən əvvəl fan-şopa yollanıb heç olmasa, “Qarabağ”ın kiçik bir atributunu almalı idi. Ora isə “Park Bulvar”dadır. Amma belələri şəhərin mərkəzini qoyub sürücüsünü ta Suraxanıya – pulsuz bilet üçün klubun bazasına göndərməkdən də çəkinmirlər.

Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Şablon səslənsə də, çox uzağa getməyək – qardaş Türkiyədə necədir? Klubunu sevən, ona dəstək olmaq istəyən azarkeş, təkcə qışqır-bağırla yox, həm də əlini cibinə ataraq bunu edir. Aylıq, illik bilet alır və biletdən əldə edilən gəlirlə futbolçuların maaşı və digər xərclər ödənilir.

Normal olan budur, kluba edilən müraciətin isə adı anormallıqdır.

Düzdür, “Qarabağ” Azərbaycan reallığında büdcəsi normaldır, hətta ən yaxşı maddi imkana sahib olan klubdur. Bu imkanı da təbii ki, avrokuboklarda qazandığı uğurlar sayəsində edib. Bu uğurları gətirən də transferlərə xərclənən pullardır. Bəs birdən maaş geciksə?..

Azərbaycanlı futbolçunu hardasa başa salmaq olar, mentalitetimizi bilir, amma Juninyoya, Zubirə necə izah edilsin ki, filankəs müəllim pulsuz bilet aldı?

Bu ənənə illərdir “Qarabağ”ın uğurları kimi davam edir. Və bu şəxslər ancaq avrokuboklarda meydana çıxır. Yerli çempionatda isə az qala, pulsuz paylanılan biletlərə sahib çıxan belə yoxdur.

Gəlin pulsuz biletə yox, “Qarabağ”a sahib çıxaq. Qarabağa sahib çıxdığımız kimi…

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Narkoloji Mərkəzin baş direktoru ilə müavini həbs edildi – Rəsmi
Next: Rusların aeroportdan çıxarılması çirkin manipulyasiyadır – Mamicanyan

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 131113
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.