Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Nikah yaşının azaldılması ilə bağlı istisna ləğv edilsin! – TƏKLİF
  • Cəmiyyət
  • Gündəm

Nikah yaşının azaldılması ilə bağlı istisna ləğv edilsin! – TƏKLİF

[center][medium]https://www.xeberler.org/uploads/posts/2024-02/1709104917_1709103932_396597.jpg[/medium][/center]Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat
Cavidan 28 Fevral, 2024
1709103932_396597

[center][medium]https://www.xeberler.org/uploads/posts/2024-02/1709104917_1709103932_396597.jpg[/medium][/center]
Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.

O qeyd edib ki, bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir.

“O cümlədən nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur”, – Komitə rəsmisi deyib.

Qeyd olunub ki, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilb. 2021-ci illə müqayisədə 361 nəfər artım olub. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Ailə Məcəlləsinə əsasən, nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib.

Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb. Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə isə 2023-cü ildə 1 cinayət işi açılıb.

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq nikah yaşı 18-dir. Qanuna görə, xüsusi hallar olarsa, nikah yaşı 17-yə endirilə bilər. 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Müəllim dəm qazından boğulub öldü
Next: Navalnının portreti olan vərəqələri yapışdıran şəxs SAXLANILIB – Həyat yoldaşı da

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 151534
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.