Skip to content
31 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 143)
  • Dünya (3. 286)
  • Gündəm (11. 478)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Paşinyanın Zəngilan təxribatı ilə bağlı etirafı və iki təklifi…

Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları o deməkdir ki, İrəvan sərhəddə mümkün təxribatlar öncəsi beynəlxalq ictimai rəyi
Cavidan 15 Fevral, 2024

Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları o deməkdir ki, İrəvan sərhəddə mümkün təxribatlar öncəsi beynəlxalq ictimai rəyi “Azərbaycan müharibəyə başlayacaq” istiqamətində formalaşdırır. Əslində bununla Zəngilan istiqamətindəki təxribatın da hədəfini etiraf etmiş oldu: Bakını adekvat addımlara sövq edərək, hücum edən tərəf kimi göstərirlər, hazırda erməni snayperinin atəş açmasının arxa plana keçirilməsi və məsələni 4 erməni hərbçinin məhv edilməsi üzərində fokuslamaq cəhdləri də bunu isbat edir.

Ermənistanın məqsədi sərhəddə vəziyyəti öz xeyrinə dəyişməkdir, Paşinyan bunu açıq şəkildə dilə gətirir: sərhəddə “güzgü prinsipi” tətbiq edilməli – qoşunlar geri çəkilməlidir; sərhədin delimitasiyası SSRİ dağılanda mövcud xətlər üzərində aparılmalıdır;

Bunu dəfələrlə səsləndirən İrəvan sərhəddəki son hadisələrdən sonra yenidən aktuallaşdırır. Və Paşinyan iki variant təklif edir:

– demarkasiya bütün sərhəd xətti boyunca aparılır;

– demarkasiya hər bir region üzrə ayrı-ayrı aparılır;

Lakin hər iki halda İrəvan “güzgü prinsipi” şərtini irəli sürür. Birinci variantda qoşunlar bütün sərhəd boyunca, ikinci variantda konkret regionlar üzrə geri çəkilir, həmin ərazidə sərhəd müəyyən edildikdən sonra qurulan yeni xəttə dayanırlar. Ermənistan bu hədəfinə nail olmaq üçün məhz “demarkasiya” üzərində dayanaraq, hiyləgər gediş edir.

Demarkasiya sərhədin xəritələr üzərində müəyyən edilməsi deməkdir: İrəvan SSRİ-nin son xəritələri, yaxud ittifaq dağılanda mövcud xətləri əsas götürərək, sərhədi kağız üzərində müəyyənləşdirib, qoşunların geri çəkilməsinə nail olmaq istəyir.

Bakı prosesin delimitasiya üzərindən aparılmasını istəyir: sərhəd yerlərdə müəyyən edilir, daha sonra buna uyğun xəritə formalaşdırılır və müqavilə imzalanır. Çünki Azərbaycan ordusu müharibədən sonra dövlət sərhədinə çıxıb və əsas strateji yüksəliklərə nəzarət edir. Sərhəd komissiyalarının Ermənistanda “demarkasiya”, Azərbaycanda “delimitasiya” adlandırılması da bu fikir ayrılığından qaynaqlanır.

İrəvan anlayır ki, Bakı qoşunların geri çəkilməsini və sərhədin onların istədiyi formada müəyyən edilməsini qəbul etməyəcək. Məsələnin bu cür qalması Bakı üçün problem yaratmır, çünki sərhəddə üstünlük Azərbaycan ordusunun əlindədir. İrəvan iki seçim qarşısında qalıb:

– ya sərhəddəki vəziyyətlə barışmalı və Bakının delimitasiyanı sonraya saxlayaraq, sülh sazişini imzalamaq təklifini qəbul etməlidir;

– ya da sərhəd delimitasiyasını sülh sazişi çərçivəsində aparmağa nail olmalıdır;

Birinci seçim İrəvanın planına uyğun deyil, ikinci seçimi isə reallaşdıra bilmir. Bu halda Ermənistan sərhəddə eskalasiya yaratmaq və Qərb tərəfdaşlarını da oyuna daxil edərək, Bakıya təzyiq etmək şansını dəyərləndirir. Bu kontekstdə son təxribatı başlanğıc hesab etmək olar. Paşinyanın “Azərbaycan sərhədin bəzi hissələrində hərbi əməliyyatlara başlaya, sonradan bunu müharibəyə çevirə bilər” iddiası da bundan qaynaqlanır.

Continue Reading

Previous: Əhmədov harada saxlanılır? – Vəkili”
Next: Ordumuzda komanda-qərargah səfərbərlik təlimi keçirilir

Bölmənin digər xəbərləri

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • Cəmiyyət

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

30 Mart, 2026
Bu xəstəxanaya baş həkim təyin edildi
  • Cəmiyyət

Bu xəstəxanaya baş həkim təyin edildi

30 Mart, 2026
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Cəmiyyət

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026

Top 7 Xəbər

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 1

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

30 Mart, 2026
Bu xəstəxanaya baş həkim təyin edildi 2

Bu xəstəxanaya baş həkim təyin edildi

30 Mart, 2026
Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər 3

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

30 Mart, 2026
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 4

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 5

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

30 Mart, 2026
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər 6

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

30 Mart, 2026
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir 7

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

30 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 143)
  • Dünya (3. 286)
  • Gündəm (11. 478)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9143) Dünya (3286) Gündəm (11478) Kateqoriyasızlar (476) Kriminal (1358) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 30 Mart, 2026
  • Bu xəstəxanaya baş həkim təyin edildi 30 Mart, 2026
  • Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər 30 Mart, 2026
  • Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 30 Mart, 2026
  • Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 30 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.