Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Rəsulzadənin ev-muzeyi yaradıldı – VİDEO
  • Cəmiyyət
  • Gündəm

Rəsulzadənin ev-muzeyi yaradıldı – VİDEO

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyidir. M.Ə.Rəsulzadə
Cavidan 31 Yanvar, 2024
1706692999_ef5684922b922262541b2a15a9a3bb09

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyidir. M.Ə.Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. Prezident İlham Əliyevin sərəncamı ilə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd olunur. M.Ə. Rəsulzadənin şəxsiyyəti, tərcümeyi-halının çox az məlum olan fəsilləri, fotoşəkilləri, arxiv sənədləri və  şəxsi əşyaları ilə sözsüz ki, bütün ictimaiyyət tanış olmaq arzusundadır. Lakin təəssüf ki, bu günə kimi Bakıda onun ev muzeyi yaradılmayıb. Bu səhvi aradan qaldırmaq üçün tanınmış tarixçi, professor Solmaz Tohidi-Rüstəmova tərəfindən “Rəsulzadə ev-muzeyi ictimai qrup” yaradılmasına baxmayaraq, illər boyu bu məsələ hələ də öz həllini tapmayıb. Modern.az xəbər verir ki, həmin qrupun üzvü, VMF Holdinq-in rəhbəri Vahid Mustafayev bildirib ki, döymədikləri qapı qalmasa da, hələ də bu muzeyin açarını əlində tutan məmuru tapa bilməyiblər. “Türkiyə, İran, Polşa və dünyanın digər ölkələrdəki həmfikirlərimiz Rəsulzadənin şəxsi əşyaları və əvəzsiz materiallar və sənədləri bizim muzeyimizlə bölüşməyə hazır olsalar belə, bu məsələ hələ də həll olunmamış qalır”. V.Mustafayev deyib ki, “Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun sifarişi ilə ANS Şirkətlər Qrupu və VMF Holdinq Məhəmməd Əmin Rəsulzadənin 140-cı ildönümü yubileyində onun Virtual Ev-Muzeyini yaardıb. Virtual Ev-Muzeyi bir neçə bölmədən ibarətdir: burada Rəsulzadənin Bakı şəhərində AXC parlamentinin üzvü olan dövrdə ona dövlət tərəfindən verilən üçotaqlı mənzil, onun tərcümeyi-halı, şəxsi arxivi və şəxsi əşyalar, rəsmlər, fotokolleksiyası var. “Fotolara gəldikdə, mütləq qeyd etmək istəyirəm ki, ANS PRESS informasiya agentliyinin əməkdaşları tərəfindən 100-ə yaxın şəkil Süni İntellekt vasitəsi ilə tam şəkildə bərpa olunub və muzey web-sayt şəklində internetdə dərc olunandan sonra geniş ictimaiyyətə istifadə üçün açıq olacaq.”, – V.Mustafayev deyib. O bildirib ki, Rəsulzadənin ev-muzeyinin məhz virtual olaraq internet resursları vasitəsi ilə fəaliyyət göstərməsinin öz üstünlükləri var: İnternet auditoriyasının əhatə dairəsi daha genişdir – bu, Rəsulzadənin şəxsiyyətinə marağın böyük olduğunu nəzərə alsaq, xüsusilə vacibdir. “Bunu da vurğulamalıyam ki, ekspozisiyalar professor Solmaz Tohidi-Rüstəmovanın təklifi ilə Rəsulzadənin əziz dostu və silahdaşı, bəstəkar Üzeyir Hacıbəyovun “Sənsiz” romansı ilə müşayiət olunmaqla muzey ziyarətçilərində əlavə emosional duyğular yaradacaq. Muzeyin web versiyası və saytı işlənib qurtarmaqdadır. Lakin bu ad günü biz Sizi, əziz Rəsulzadə irsini sevənləri muzeysiz qoya bilməzdik. Yetər 140 il gözlədik!”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ukraynanın daha çox sursata ehtiyacı var – Borel
Next: İzzət Bağırov Almaxanımın toyunu niyə tez tərk edib?

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-13 182506
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 180049
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 170129
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 734)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 1
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 2
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026
Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var Screenshot 2026-07-13 170129 3
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

13 İyul, 2026
“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir Screenshot 2026-07-13 163348 4
  • Cəmiyyət

“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir

13 İyul, 2026
“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək Screenshot 2026-07-13 133951 5
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9734) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.