Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Flora Xəlilzadə təqaüdə göndərilib? – Özü AÇIQLADI
  • Cəmiyyət
  • Gündəm

Flora Xəlilzadə təqaüdə göndərilib? – Özü AÇIQLADI

Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru Flora Xəlilzadə təqaüdə göndərilib. “Şöhrət” ordenli jurnalist bu vəzifəsindən
Cavidan 29 Yanvar, 2024
1706517229_flora_xelilzade

Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru Flora Xəlilzadə təqaüdə göndərilib.

“Şöhrət” ordenli jurnalist bu vəzifəsindən ayrılıb.

Flora Xəlilzadə saytımıza açıqlamasında məlumatı doğrulayıb. O, bildirib ki, bu, onun öz istəyi olub: 

“Bilirsiniz necədir, mən çox yorulmuşam. Heç mən ərizə də yazmadım. Getdim dedim ki, mən ayın birindən işə gəlməyəcəm, müəllim də ( “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədli-red) dedi ki, yox. Məni buraxmaq istəmirdi. Amma bədii şuranın və daxili şuranın üzvüyəm. Söz vermişəm ki, ayda bir neçə dəfə bu şuraların iclaslarında iştirak edəcəm. Lakin yenə deyirəm ki, mən yorulmuşam. Mən insult keçirmişəm. Görürəm ki, mənə çətin olur. Allah Prezidentimizin canını sağ eləsin, mənə prezident təqaüdü verilir. Ona görə istəyirəm ki, dincəlim. Martdan

Flora Xəlilzadə gələcək planlar barədə də məlumat verib.

“Mənim çoxlu nəşrə hazırlanmalı kitablarım var. “Yazdıqlarım” adlı silsilə kitab yazıram. Bu kitab yeddi cilddə olmalıdır. 2 cildini yazmışdım. 5 cildini yazmağa vaxtım olmadı. Özümə gəlsəm, inşallah onları davam etdirəcəm.  Mən yazmasam, dayana bilmərəm, ölərəm. Söz və qələm mənim həyatımdır. Televiziya işi ağırdır, məni üzür. Mən görürəm ki, artıq səhhət öz sözünü deyir.

Şəkər dərmanları atıram, yüksək təzyiqə qarşı dərman atıram. Həkim dedi ki, Bakının havası sənə düşmür. Ona görə indi Bilgəyə gəlmişəm. Burada biraz dincəlib yazı işlərinə başlayacam. Gördüm işsiz dayana bilmirəm, istənilən işdə çalışa bilərəm”,- o deyib.

Qeyd edək ki, Flora Xəlilzadə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür. 4 mart 2013-cü ildə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” Fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Ötən il Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib (Modern)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Türkiyənin təhsil naziri Azərbaycana səfərə gəlir
Next: Səfirliyimizə hücum edən şəxslə bağlı tezliklə QƏRAR VERİLƏCƏK

Bölmənin digər xəbərləri

WhatsApp Image 2026-07-14 at 17.27.22
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 170729
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 160024
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 743)
  • Dünya (3. 454)
  • Gündəm (11. 949)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 412)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 1
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.22 2
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

14 İyul, 2026
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb Screenshot 2026-07-14 170729 3
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

14 İyul, 2026
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib Screenshot 2026-07-14 164759 4
  • Dünya

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

14 İyul, 2026
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO Screenshot 2026-07-14 160024 5
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9743) Dünya (3454) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1412) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.