Skip to content
1 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 154)
  • Dünya (3. 290)
  • Gündəm (11. 489)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 363)
  • Mədəniyyət (343)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“Smart Customs” tətbiqinə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə
Cavidan 22 Yanvar, 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə fəaliyyət dairəsini genişləndirməyə davam edir.

2022-ci ilin iyunundan Dövlət Gömrük Komitəsinə (DGK) məxsus e.customs.gov.az portalında elektron gömrük xidmətlərindən istifadə edən SİMA İmza sahibləri, artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə də eyni xidmətlərdən istifadə edə bilərlər.

Belə ki, DGK ilə aparılmış birgə işlər nəticəsində “SİMA İmza”nın komitəyə məxsus “Smart Customs” tətbiqinə inteqrasiyası uğurla tamamlanıb. Vətəndaşlar və fərdi sahibkarların “Smart Customs” tətbiqində şəxsi kabinetə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil olması imkanı yaradılıb. Bunun üçün istifadəçinin mobil cihazında SİMA tətbiqinin olması kifayətdir.

İstifadəçilər “Smart Customs” tətbiqində aşağıdakı əməliyyatları rahatlıqla icra edə bilərlər:

Elektron Ticarət – Sadələşdirilmiş bəyannamə verilməsi

Sərnişinlər üçün sadələşdirilmiş bəyannamə verilməsi

Gömrük ödənişlərinin hesablanması

Elektron növbə götürülməsi

Sürətli keçid əldə edilməsi

GÖÖEN (Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsi) alınması

Mobil cihazın gömrükdə bəyan edilib-edilmədiyinin yoxlanılması

Elektron hesab səhifəsi açılması

DGK-a elektron müraciət göndərilməsi

Qeyd edək ki, “SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Continue Reading

Previous: Bu instituta yeni direktor təyin edildi – FOTO
Next: Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu – Fotolar

Bölmənin digər xəbərləri

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb
  • Dünya

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

1 Aprel, 2026
Aprel ayına olan hava proqnozu açıqlanıb
  • Cəmiyyət

Aprel ayına olan hava proqnozu açıqlanıb

1 Aprel, 2026
Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir
  • Gündəm

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

1 Aprel, 2026

Top 7 Xəbər

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb 1

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

1 Aprel, 2026
İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib 2

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

1 Aprel, 2026
Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək 3

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

1 Aprel, 2026
Ərbildə 20-dən çox PUA vurulub 4

Ərbildə 20-dən çox PUA vurulub

1 Aprel, 2026
Aprel ayına olan hava proqnozu açıqlanıb 5

Aprel ayına olan hava proqnozu açıqlanıb

1 Aprel, 2026
Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir 6

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

1 Aprel, 2026
Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək 7

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

1 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 154)
  • Dünya (3. 290)
  • Gündəm (11. 489)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 363)
  • Mədəniyyət (343)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9154) Dünya (3290) Gündəm (11489) Kateqoriyasızlar (476) Kriminal (1363) Mədəniyyət (343) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb 1 Aprel, 2026
  • İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib 1 Aprel, 2026
  • Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək 1 Aprel, 2026
  • Ərbildə 20-dən çox PUA vurulub 1 Aprel, 2026
  • Aprel ayına olan hava proqnozu açıqlanıb 1 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.