Skip to content
22 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 483)
  • Dünya (3. 377)
  • Gündəm (11. 790)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Kərki kəndinin işğalından 34 il ötür

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yaşayış məntəqələrindən olan Kərki kəndinin işğalından 34 il keçir. 20 Yanvar faciəsi ərəfəsində
Cavidan 18 Yanvar, 2024

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yaşayış məntəqələrindən olan Kərki kəndinin işğalından 34 il keçir.

20 Yanvar faciəsi ərəfəsində ermənilər Naxçıvan Muxtar Respublikasını işğal etməyə cəhd göstəriblər.

Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər Kərkik, Sədərək, Günnüt və Havuş kəndlərini güclü atəşə tutublar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal alıb.

Güclü müqavimətə baxmayaraq, yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev və İdris Məmmədov qəhrəmancasına döyüşərək şəhid olublar.

Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən axşamadək şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş sursatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. İşğaldan sonra Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb.

Kərki kəndinin ermənilər tərəfindən işğal edilməsinin əsas səbəbi həmin yurd yerinin qondarma erməni dövlətinin ərazisi ilə əhatə olunması idi.

Qeyd edək ki, Naxçıvanın Kərki kəndi ilə yanaşı hazırda Qazax rayonunun 7 kəndi də Ermənistanın işğalı altındadır. 44 günlük Vətən müharibəsindən sonra Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılmalıdır. Lakin Ermənistan hələ bundan imtina edir.

Continue Reading

Previous: “Aygün Kazımovanın bu işində onların əli var”
Next: “Qarabağ” millimizin üzvünün Polşa klubuna keçidinə icazə verdi – Rəsmi açıqlama

Bölmənin digər xəbərləri

Qurban kəsimi rəsmən qadağan edildi – Bu ölkədə
  • Cəmiyyət

Qurban kəsimi rəsmən qadağan edildi – Bu ölkədə

22 May, 2026
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
  • Cəmiyyət

18 kəndə qazın verilişi DAYANDIRILACAQ

22 May, 2026
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
  • Cəmiyyət

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

22 May, 2026

Top 7 Xəbər

Qurban kəsimi rəsmən qadağan edildi – Bu ölkədə 1

Qurban kəsimi rəsmən qadağan edildi – Bu ölkədə

22 May, 2026
18 kəndə qazın verilişi DAYANDIRILACAQ 2

18 kəndə qazın verilişi DAYANDIRILACAQ

22 May, 2026
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür 3

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

22 May, 2026
“Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?” 4

“Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?”

22 May, 2026
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək 5

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

22 May, 2026
İslam Rzayev haqda – Yeni qərar 6

İslam Rzayev haqda – Yeni qərar

22 May, 2026
Naxçıvana uçuşlar bərpa edildi 7

Naxçıvana uçuşlar bərpa edildi

22 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 483)
  • Dünya (3. 377)
  • Gündəm (11. 790)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9483) Dünya (3377) Gündəm (11790) Kateqoriyasızlar (496) Kriminal (1390) Mədəniyyət (351) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Qurban kəsimi rəsmən qadağan edildi – Bu ölkədə 22 May, 2026
  • 18 kəndə qazın verilişi DAYANDIRILACAQ 22 May, 2026
  • Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür 22 May, 2026
  • “Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?” 22 May, 2026
  • Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək 22 May, 2026
© Addim.az | MoreNews by AF themes.