Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Həbsdə vəfat edən MƏMURLAR
  • Cəmiyyət

Həbsdə vəfat edən MƏMURLAR

Son illər vəzifə səlahiyyətlərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalıb. Onlardan cinayət işi üzrə məhkəmə prosesi
Cavidan 30 Noyabr, 2021
1638257294_IIIII

Son illər vəzifə səlahiyyətlərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalıb. Onlardan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb, hökm oxunanlarla yanaşı hazırda məhkəməsi davam edənlər də var. Tutulan məmurlardan bir neçəsi isə həbsdə dünyasını dəyişib.

“Unikal” həbsdə ölən məmurları təqdim edir:

Bu ilin sentyabr ayında Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Gəncədə yerləşən modul tipli xəstəxanada koronavirusdan vəfat edib. N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunmuşdu. N.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə DTX-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılan cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılmışdı. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sentyabr ayında həbsdə olan sabiq deputat Rafael Cəbrayılov Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib. Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Cari ilin noyabr ayında “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib. Ölümündən bir həftə əvvəl V.Muradovun onkoloji xəstə olduğu üçün müalicəyə ehtiyacı nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilmiş və o, azadlığa buraxılmışdı.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.

Ötən gün yerli KİV-də yer alan məlumata görə, Naxçıvanın həbsdə olan sabiq milli təhlükəsizlik naziri general-leytenant Vəli Ələsgərov da həbsdə dünyasını dəyişib. Sabiq nazir Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. V.Ələsgərov vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunurdu. V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının Milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Rusiya Ukrayna ilə sərhəddə ballistik raket yerləşdirdi – VİDEO
Next: Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-24 103054
  • Cəmiyyət

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Cavidan 24 İyun, 2026
  • Cəmiyyət

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 173441
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 637)
  • Dünya (3. 414)
  • Gündəm (11. 897)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (516)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır Screenshot 2026-06-24 112717 1
  • Dünya

Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır

24 İyun, 2026
Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir Screenshot 2026-06-24 103054 2
  • Cəmiyyət

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

24 İyun, 2026
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib Screenshot 2026-06-24 095133 3
  • Dünya

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun, 2026
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq Screenshot 2026-06-24 092356 4
  • Kateqoriyasızlar

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

24 İyun, 2026
Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib 5
  • Cəmiyyət

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9637) Dünya (3414) Gündəm (11897) Kateqoriyasızlar (516) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.