Skip to content
11 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 879)
  • Dünya (3. 185)
  • Gündəm (11. 102)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (461)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 939)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq

Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil
Cavidan 15 Yanvar, 2024

Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq. Qeyd edək ki, I sinfə qəbulla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib. Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 1 ay ərzində (15 yanvar-15 fevral 2024-cü il tarixlərində) 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər. Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya dislokasiya@baku.edu.gov.az elektron poçtuna yazmaq tövsiyə olunur. Uşaqların I sinfə elektron qeydiyyatı prosesində məktəblər üzrə ərazi prinsipinin tətbiqindəki yeniliklərin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, süni şagird sıxlığının qarşısının alınması, vətəndaşlara göstərilən müvafiq elektron xidmətin təkmilləşdirilməsi, sosial ədalət prinsiplərinə əməl olunması, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsi və vətəndaş müraciətlərinin cavablandırılmasında daha çevik mexanizmin yaradılmasından ibarətdir. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu elan olunduqdan sonra əvvəlcə elektron sistemdə qeydiyyat, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilir.

Continue Reading

Previous: YAP İlham Əliyevin təşviqatına start verdi
Next: Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında – Fotolar

Bölmənin digər xəbərləri

Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 58 % artıb
  • Cəmiyyət

Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 58 % artıb

11 Fevral, 2026
Sabah hava yağmursuz olacaq
  • Cəmiyyət

Sabah hava yağmursuz olacaq

11 Fevral, 2026
Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir
  • Cəmiyyət

Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

11 Fevral, 2026

Top 7 Xəbər

Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 58 % artıb 1

Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 58 % artıb

11 Fevral, 2026
İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir 2

İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir

11 Fevral, 2026
Sabah hava yağmursuz olacaq 3

Sabah hava yağmursuz olacaq

11 Fevral, 2026
Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub – VİDEO 4

Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub – VİDEO

11 Fevral, 2026
Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir 5

Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

11 Fevral, 2026
Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb 6

Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb

11 Fevral, 2026
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub 7

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

11 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 879)
  • Dünya (3. 185)
  • Gündəm (11. 102)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (461)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 939)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8879) Dünya (3185) Gündəm (11102) Kateqoriyasızlar (461) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2939) Texnologiya (14) İdman (619) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 58 % artıb 11 Fevral, 2026
  • İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir 11 Fevral, 2026
  • Sabah hava yağmursuz olacaq 11 Fevral, 2026
  • Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub – VİDEO 11 Fevral, 2026
  • Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir 11 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.