Bakının bir sıra yollarında tıxac yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində;
- Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.