Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 348)
  • Dünya (3. 347)
  • Gündəm (11. 695)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Ölməz qəhrəmanımızın doğum günüdür

Cavidan 2 Yanvar, 2024

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Milli Qəhrəmanın dünyaya gəlməsindən 49 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Altı il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

Continue Reading

Previous: Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni il təbriki – Foto
Next: Türkiyədə sərnişin avtobusu aşdı: 4 ölü, 36 yaralı – Video

Bölmənin digər xəbərləri

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq
  • Cəmiyyət

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

1 May, 2026
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək
  • Cəmiyyət

“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

1 May, 2026
Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI
  • Cəmiyyət

Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI

1 May, 2026

Top 7 Xəbər

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq 1

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

1 May, 2026
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək 2

“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

1 May, 2026
Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI 3

Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI

1 May, 2026
Milli Məclisin iclası başladı 4

Milli Məclisin iclası başladı

1 May, 2026
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb 5

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

1 May, 2026
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb 6

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

1 May, 2026
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq 7

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 348)
  • Dünya (3. 347)
  • Gündəm (11. 695)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9348) Dünya (3347) Gündəm (11695) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq 1 May, 2026
  • “Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək 1 May, 2026
  • Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI 1 May, 2026
  • Milli Məclisin iclası başladı 1 May, 2026
  • Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.