Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Heç bir vasitəçilik olmadan ikitərəfli format ola bilər – Prezident
  • Cəmiyyət

Heç bir vasitəçilik olmadan ikitərəfli format ola bilər – Prezident

“Avropa İttifaqı Şurası tərəfindən təşkil olunan vasitəçilik prosesi var. Bundan əlavə, “Moskva istiqaməti” adlandırdığımız xarici işlər nazirləri arasında
Cavidan 7 Dekabr, 2023
1701921680_95f4abdf-b9d1-332a-af03-4dd886e849ad_850

“Avropa İttifaqı Şurası tərəfindən təşkil olunan vasitəçilik prosesi var. Bundan əlavə, “Moskva istiqaməti” adlandırdığımız xarici işlər nazirləri arasında müzakirələr mövcuddur. ABŞ Konqresində məşhur dinləmələr baş tutana qədər “Vaşinqton istiqaməti” adlanan proses var idi ki, xarici işlər nazirləri Vaşinqtonda görüşürdülər”.

Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışarkən söyləyib.

Dövlət başçısı deyib: “Belə görünür ki, Vaşinqton istiqaməti artıq aktual deyil. Çünki bu gün Bakıda olan Dövlət Departamentinin rəsmi nümayəndəsi Azərbaycanla “işlər əvvəlki kimi ola bilməz” deyir və Azərbaycanı görmədiyi işlərdə ittiham edir. Belə ki, “əvvəlki kimi işlər” yoxdursa, deməli, hər sahədə “əvvəlki kimi işlər” yoxdur. Eyni zamanda, Azərbaycanın yüksək vəzifəli rəsmilərinin ABŞ-a səfərlərinə məhdudiyyətin qoyulduğu elan edildi. Bu, ABŞ-la strateji əhəmiyyətə malik olan münasibətlərimizin tarixində ilk dəfə baş verdi. Bu administrasiya bu münasibətləri məhv etməyə çalışır, hansı səbəbdən bilmirəm.

Biz dedik, yaxşı, əgər Azərbaycandan ABŞ-a yüksək vəzifəli rəsmilərin səfərləri olmayacaqsa, o zaman xarici işlər nazirimiz oraya necə gedə bilər? Siz deyirsiniz ki, səfərlər olmayacaq, amma xarici işlər nazirimizi dəvət edirsiniz. Bunu izah edə bilərsiniz?

Beləliklə, dedik ki, əgər Azərbaycandan ABŞ-a yüksək səviyyəli rəsmi səfərlər olmayacaqsa, bizim xarici işlər nazirimiz oraya necə gedə bilər? Siz dediniz – səfər yoxdur, ancaq xarici işlər nazirimizi dəvət etmisiniz?

Bizə izah edə bilərsinizmi? Təfərrüatlara çox varmaq istəmirəm. Beləliklə, əgər həmişəki kimi, heç bir iş yoxdursa, bunu qəbul edirik. Bu o deməkdir ki, Vaşinqton aktual deyil. Ya deməlidirlər ki, iş həmişəki kimi davam edir, – mən ümid edirəm ki, bu gün bunu eşidəcəyəm və biz Vaşinqton prosesini bərpa edəcəyik, – ya da yalnız Brüssel və Moskva prosesi olacaq. Ola bilər ki, ikitərəfli danışıqlar olsun. Çünki məsələn, mən sizə deyə bilərəm ki, aprelin 30-da bizim şərti sərhədimizdə həmsədrlər delimitasiya komissiyalarını toplayıb delimitasiya məsələlərini müzakirə ediblər.

Deməli, Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli format ola bilər. Vasitəçilik hər iki tərəfin izah edə bilmədiyi bəzi ideyaların vasitəçi tərəfindən işlənib hazırlanması baxımından faydalı ola bilər.

Beləliklə, vasitəçilik prosesi başa çatsa, bu, ikitərəfli formatda olacaq. Yəni, bu, danışıqlar prosesinə aiddir. Bundan başqa, qeyd etdiyim kimi, Avropa İttifaqı ilə münasibətlərimiz yaxşı balanslaşdırılmışdır, əsasən müsbətdir. Biz yeni əməkdaşlıq sənədi üzərində fəal işləyirik. O, hazırda gözləmə rejimindədir, lakin ümid edirəm ki, tezliklə yekunlaşdırmaq üzrə birgə fəaliyyətimizə yenidən başlaya bilərik. Çünki həmin yeni əməkdaşlıq üzrə sənədin 90 faizindən çoxu artıq razılaşdırılıb”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Məşhur serialın yeni sezonu təqdim ediləcək
Next: Azərbaycanda güclü ZƏLZƏLƏ

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 130754
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 123011
  • Cəmiyyət

Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 114105
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 749)
  • Dünya (3. 455)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (523)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib Screenshot 2026-07-15 145037 1
  • Dünya

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib

15 İyul, 2026
Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq Screenshot 2026-07-15 130754 2
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

15 İyul, 2026
Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı Screenshot 2026-07-15 123011 3
  • Cəmiyyət

Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

15 İyul, 2026
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib Screenshot 2026-07-15 114105 4
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

15 İyul, 2026
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib Screenshot 2026-07-15 111757 5
  • Cəmiyyət

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9749) Dünya (3455) Gündəm (11951) Kateqoriyasızlar (523) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.