“Qiymət sabitliyi ilə bağlı narahatlıqlar mövcuddur”.
Bunu Milli Məclisin 2023-cü il 13 noyabr tarixli iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib deyib.
AMB sədri bildirib ki, bu il də dünyada baş verən infliasiya, qiymət artımları bizə təsir edə bilər.
Onun sözlərinə görə, dövlət tərəfindən qiymət tənzimlənən məhsulların bahalaşması riskdir: “Faiz dəhlizinə aid yeni qərarlar sabitliyə, infliasiyanın azalmasına xidmət edəcək. Nazirlər Kabinetinin infilyasiya və qiymətlərin azalması barədə görəcəyi tədbirlər də növbəti ildə infilyasiyanın azalmasına xidmət edəcək”.