Skip to content
30 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 141)
  • Dünya (3. 286)
  • Gündəm (11. 476)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Xarici səyyahlar Xudafərin körpüsündə olublar – FOTOLAR

Dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan NomadMania klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya,
Cavidan 6 Noyabr, 2023

Dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan NomadMania klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50 nəfərə yaxın geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis başçılıq edir.

Dünya səyyahlarının işğaldan azad edilən ərazilərə səfərinin növbəti dayanacağı Cəbrayıl rayonu olub. Onlar Xudafərin körpüsü ilə yaxından tanış olublar. Səyyahlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin işğal dövründə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.

Diqqətə çatdırılıb ki, digər ərazilər kimi, bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər dağıdılıb, təbiət isə məhv edilib. Burada da bir çox tarixi dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər tövlə kimi istifadə olunub. Həmçinin qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” klublarının geniş tərkibdə heyətləri ötən iki ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə reallaşıb.

Dünyanın səyyah elitasının Qarabağ və Şərqi Zəngəzura bu ardıcıl səfərləri, hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, bölgədə qısa müddətdə Azərbaycan dövlətinin apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada heyrətlə qarşılanır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi üçün də müstəsna əhəmiyyət daşıyır.

Continue Reading

Previous: Azərbaycanda vəkil intihar etdi
Next: “Fənərbaxça”da gərgin anlar: Ali Koç jurnalisti qovdu – VİDEO

Bölmənin digər xəbərləri

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Cəmiyyət

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
  • Cəmiyyət

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

30 Mart, 2026
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər
  • Cəmiyyət

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

30 Mart, 2026

Top 7 Xəbər

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 1

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 2

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

30 Mart, 2026
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər 3

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

30 Mart, 2026
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir 4

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

30 Mart, 2026
Sumqayıtda mebel sexi yanıb 5

Sumqayıtda mebel sexi yanıb

30 Mart, 2026
Paşinyan Baş nazir postuna hakim partiyanın namizədi olub 6

Paşinyan Baş nazir postuna hakim partiyanın namizədi olub

30 Mart, 2026
Dünya bazarlarında neftin qiyməti yenidən 115 dolları ötüb 7

Dünya bazarlarında neftin qiyməti yenidən 115 dolları ötüb

30 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 141)
  • Dünya (3. 286)
  • Gündəm (11. 476)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9141) Dünya (3286) Gündəm (11476) Kateqoriyasızlar (475) Kriminal (1358) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 30 Mart, 2026
  • Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 30 Mart, 2026
  • İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər 30 Mart, 2026
  • Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir 30 Mart, 2026
  • Sumqayıtda mebel sexi yanıb 30 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.