Skip to content
7 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Günün qoroskopu: Ünsiyyətdə səmimi olun, saxtakarlıq etməyin

Qoç – günün ilk yarısı o qədər asan və xoş deyil. Yarımçıq işləri başa vurun, yeni səhvlərə yol verməyin.
Cavidan 31 Oktyabr, 2023

Qoç – günün ilk yarısı o qədər asan və xoş deyil. Yarımçıq işləri başa vurun, yeni səhvlərə yol verməyin. Emosional olmayın. Radikal qərarlar üçün əlverişli zaman deyil. Avantüralara meylli olmayın, təhlükəli işlərə qatılmayın.

Günün ikinci yarısı riskli məşğuliyyət üçün deyil. Ekstremal macəralar aramayın.

Yaxınlarınızdan birinin dəstəyi indi xüsusi əhəmiyyət kəsb edir. Əgər bu şəxsə problemlərinizdən danışsanız, sizi narahat edən məsələlərdən açıq bəhs etsəniz, yardımı mütləq alacaqsınız. Sizi çoxdan bəri narahat edən məsələni çözmək imkanları yaranıb.

Buğa – günün ilk yarısında qətiyyətli davranmasanız, uğursuzluqlara düçar olacaqsınız. Düşünüb-daşınmaq üçün vaxt tapın. İntuisiyanız iti olacaq. Onun məsləhətlərinə inanmaq olar. İşlərinizdə irəliləmək üçün liderlik məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanları arxanızca aparın.

Günün ikinci yarısında məqsədə çatmaq üçün işlənmiş metodlardan da yararlanmaq olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Enerjili olun. Yorğunluq hiss etməyəcəksiniz.

Axşam saatları aktiv istirahət və açıq havada gəzinti üçün münasib zamandır.

Əkizlər – əvvəllər əldə etdiyiniz təcrübə və biliklərdən faydalana bilərsiniz. Ötənlərdəki hadisələrdən birinin əks-sədasını duyacaqsınız. Səhvlərinizi təkrarlamayın, köhnə yanlışlıqlara yenidən aldanmayın. Fikri cəmləmək, diqqətli olmaq asan deyil.

Günün ikinci yarısı mühüm və məsuliyyətli fəaliyyət üçün əlverişlidir.

Səfərə yollanmaq, mürəkkəb texnika ilə davranmaq niyyətiniz varsa, sərvaxt davranın. Axşam saatlarına yaxın travma riski artacaq.

Yoqa və ya pilateslə məşğul olmaq olar.

Xərçəng – günün ilk yarısı ünsiyyət üçün əlverişlidir. İndiyədək münasibətlərinizin çox sərin və gərgin olduğu insanlarla da münasibətlərinizi qaydaya sala bilərsiniz. İşlə bağlı önəmli xəbər alacaqsınız. Maliyyə problemlərinizi həll etmək şansları yaranır.

Günün ikinci yarısı karyera müstəvisində irəliləyə bilərsiniz. Enerjili, aktiv olun. Hadisələrin axarını sürətləndirmək üçün hiyləgərlik etmək gərəkdir.

Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Qidalanmanıza fikir verin. Mədənizdə ifrat həssaslıq var.

Şir – günün ilk yarısında mühüm işlərlə məşğul olmaq mümkündür. Uğur əldə etmək şanslarınız az deyil. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq. Yaranacaq problemlərin öhdəsindən təkbaşına gəlməyiniz həddən artıq müşkül məsələyə çevriləcək.

Köhnə dostlar sizə yardım edəcəklər.

Günün ikinci yarısında yeni tanışlarla sayıq olun. Onlar sizə şirin vədlər verəcəklər. Öhdəliklərə inanmayın. Həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Əks təqdirdə peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər.

Axşam saatları pis deyil.

Qız – hər addımınızı planlaşdırın. Düşünüb-daşınmadan qərar verməyin. Çətin məsələlərin həllində diqqətli davranın. İşgüzar danışıqlarda mövqelərinizdən geri çəkilməyin. Qarşı tərəfin fikirlərini öyrənməyə can atın.

Günün ikinci yarısında yeni görüşlər və tanışlıqlar olacaq. Təmaslara səbatlı formada hazırlaşın.

Sevdiyiniz insanla səmimi olun. Münasibətlərdə müsbət dəyişikliklərə nail ola bilərsiniz. Qarşılıqlı anlaşmaya mane olan sədləri aradan qaldırın.

Dəyər verdiyiniz adam ona qarşı diqqətsiz və laqeyd davrandığınızı deyə bilər. Sizi maraqlandıracaq insanla axşam saatlarına yaxın görüşəcəksiniz.

Axşam saatlarında normal istirahət edin. Gəzintiyə çıxın.

Tərəzi – adi günlərlə müqayisədə daha qətiyyətli və iradəli olun. Əzmlə davranın, başlanan işləri yarımçıq qoymayın. İşgüzar görüşlər və danışıqlar üçün münasib zamandır. Biliklərinizi, bacarıqlarınızı nümayiş etdirin. Can atdığınız məqsədə çata bilərsiniz.

Günün ikinci yarısında vədləri yerinə yetirmək, öhdəlikləri reallaşdırmaq lazımdır. Həddən artıq vədlər verməyin.

Şəxsi münasibətlərdə rəqabət elementləri yaranacaq. Situasiya mübahisələrə təkan verəcək. Güzəştə meylli olmasanız, tərəfdaşınızda neqativ emosiyalar yaranacaq. Səmimi dansanız, mövqelərinizi müdafiə etmək asanlaşacaq.

Əqrəb – gəlir vəd edən işlərə başlayın. Risk istisna deyil. Yaxın ətrafınızdakı insanlar situasiyaya təsir edə bilərlər. Müttəfiq və ya yardımçıya ehtiyacınız var. Daşınmaz əmlakla bağlı avantüralara qatılmayın.

Gizli saxlamağa çalışdığınız işlər haqqında təfərrüatları açıqlamayın.

Günün ikinci yarısında diqqətli olun. Dəyər verdiyiniz insanların qayğısına qalın. Özü barədə həddən artıq yüksək fikirdə olan insan qəribə davranır, bəzənsə çox anlaşılmaz hərəkətlər edir.

Oxatan – uğurlu gündür. Günün ilk yarısında başladığınız işləri başa çatdırın. Sonucları nəzərdən keçirin, aktiv və qətiyyətli olun. Sifarişə görə ödəniş və ya maliyyə mükafatı istisna deyil. Qısamüddətli, yeni layihəyə başlamaq olar. Bir şərtlə ki, yeni işi uğurla başa vuracağınıza əmin olasınız.

Günün ikinci yarısında adi günlərlə müqayisədə daha çox çalışmalısınız. Narahat olmayın, təşvişə qapılmayın. Belədə səyləriniz hədər getməyəcək. İşlərin çoxluğundan axşam saatları ilə bağlı bəzi planlardan imtina etməlisiniz.

Oğlaq – maliyyə məsələlərində ehtiyatlı olun. Zəruri olmayan xərclərə yol verməyin. Mühüm sənədlərin imzalanması, irimiqyaslı sövdələşmələr və anlaşmalar üçün əlverişli zaman deyil. Maliyyə hesabatını hazırlayarkən diqqətli olun.

Günün ikinci yarısında yalnız özünüzə güvənə bilərsiniz. Sizə yardım edən insanlar ən xoş niyyətləri olsa belə, səhvlərə və yanlışlıqlara yol verə bilərlər. Fəsadların aradan qaldırılması xeyli vaxt alacaq.

Axşam saatlarında səfər və ya gəzintidən imtina edin.

Dolça – günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər. Problemlərin həllində standart metodlara çox güvənməyin. Yaradıcı olun. Yaxşı ideyalar yaranacaq. İdeya və planlarınızı yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz. Amma sayıq olun, sirlərinizi mənasız insanlarla paylaşmayın.

Günün ikinci yarısında romantik görüş ola bilər. Bəyəndiyiniz, rəğbət bəslədiyiniz insanla danışıqlar üçün əlverişli zamandır. Ünsiyyətdə səmimi olun, saxtakarlıq etməyin.

Axşam saatlarında normal istirahəti qulaqardına vurmayın.

Balıqlar – günün ilk yarısında yolunuzda yaranacaq maneələr dəf olunmayacaq deyil. Sadəcə, məqsədə çatmaq üçün qeyri-standart metodlardan yararlanın. Eksperimentlər edin, riskdən çəkinməyin. Qətiyyətli olun. Yaxın ətrafınızdakı həddən artıq ehtiyatlı davranış tələb edən insanların məsləhətlərinə yox, sağlam məntiqinizə əsaslanın.

Günün ikinci yarısında işdə və evdə kiçik anlaşılmazlıqlar, ixtilaflar olacaq. Bütün dünyanın sizə qarşı olduğunu düşünməyin. Mübahisələrdən fayda əldə edə bilərsiniz. Ətrafınızdakı insanları diqqətli dinləməklə yanaşı, aqressiv olmayın.

Continue Reading

Previous: HƏMAS-la danışıqlar olmayacaq – Ben Tsvi
Next: 17 yaşlı qız evlənmək məqsədilə QAÇIRILDI

Bölmənin digər xəbərləri

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ
  • Cəmiyyət

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU
  • Cəmiyyət

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək
  • Cəmiyyət

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025

Top 7 Xəbər

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 1

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 2

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 3

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025
Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 4

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 5

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 6

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 7

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8442) Dünya (3042) Gündəm (10560) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 6 Dekabr, 2025
  • “Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 6 Dekabr, 2025
  • İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 6 Dekabr, 2025
  • Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 6 Dekabr, 2025
  • Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.