Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İşıq da baha, Günəş də: Azərbaycanda alternativ enerji ilə də qızınmaq olmur – NƏ ETMƏLİ?
  • Cəmiyyət
  • Gündəm

İşıq da baha, Günəş də: Azərbaycanda alternativ enerji ilə də qızınmaq olmur – NƏ ETMƏLİ?

Bu gün ölkələrin sosial rifahı, iqtisadiyyatı və davamlı inkişafı enerji resurslarından asılıdır. Son araşdırmalar göstərib ki, Norveç dünyada
Cavidan 24 Noyabr, 2021
1637727545_888

Bu gün ölkələrin sosial rifahı, iqtisadiyyatı və davamlı inkişafı enerji resurslarından asılıdır.

Son araşdırmalar göstərib ki, Norveç dünyada bərpa olunan enerjinin ən yüksək payına malik ölkədir. Sinqapur isə fosil yanacaq asılılığında birinci yerdədir. Enerji tariflərinin müqayisə platforması olan “Utility Bidder” ən təmiz enerji və ən çox fosil enerji istehsal edən 20 ölkənin siyahısını açıqlayıb. Kömür, neft və təbii qaz mədən yanacaqları arasında olduğu halda, bioyanacaq, tullantılar, günəş, külək və su elektrik enerjisi istehsalı bərpa olunan enerji mənbələri sırasındadır. Beynəlxalq Enerji Agentliyinin rəqəmlərinə əsaslanan araşdırma, Norveçin ümumi enerji istifadəsinin 56 faizinin bərpa olunan enerjidən gəldiyini ortaya qoyub.

Bu ölkəni Braziliya və Yeni Zelandiya izləyir. Norveçin ümumi enerji ehtiyatlarının 45%-i hidroelektrik istehsalından əldə edilir. Bioyanacaq və tullantı enerjisində lider olan Braziliyada bu resurslar ümumi enerji təchizatının 32 faizini təşkil edir. Yeni Zelandiyanın enerji təchizatının 42 faizini bərpa olunan enerji mənbələri təşkil edir ki, bununla da üçüncü yerdə qərarlaşıb. Enerji təchizatının 25 faizini külək və günəş enerjisindən əldə edən Yeni Zelandiya bu sahədə dünya lideridir.

Son vaxtlar Azərbaycanda da alternativ enerji mənbələrindən istifadə istiqamətində müəyyən addımlar atılsa da hələ ki, bu sahənin tətbiqi ölkədə kütləvi hal almayıb. Məsələn, son statistik rəqəmlərə görə, Azərbaycan günəş enerjisinin istehsalını 16 % artırıb.

Bu rəqəmlərdə müşahidə edilən cüzi artım qaz və işığın bahalaşması nəticəsində əhali və qeyri-əhali qrupu abonentlərdə günəş enerjisinə marağı artırıb?

Texnika elmləri doktoru, dosent Fuad Məmmədov Cebhe.info-ya bildirdi ki, ümumilikdə son göstəricilərə əsasən qiymətlərdə fərq yaranıb:

“Ancaq istehlakçıya verilən enerjinin qiymətləri qalxanda, bir çoxları düşünürlər ki, alternativ enerjidən istifadə etsinlər. Ancaq mən son bir, ay yarım ərzində məhz bu səbəbə görə alternativ enerjidən yeni bir formatda istifadəni eşitməmişəm. Bunun qarşısında nə dayanır? Alternativ enerjinin qiyməti nisbətən yüksək olaraq qalır. İstismar olunan qurğuların qiyməti nə vaxt aşağı olsa, o zaman kütləvi şəkildə alınıb quraşdırıla, istifadə edilə bilər. Ancaq hələ ki, müsbət tərəfə doğru bir addım yoxdur. Ümumi olaraq istehlakçılar bu göstəricilərlə razılaşıb elektrik enerjisindən istifadəyə davam edirlər. Yəni yeni taarif istifadə edirlər”.

Mütəxəssis deyib ki, maarifçilik nöqteyi-nəzərindən alternativ enerji ilə bağlı hamının məlumatı var və bundan istifadə etmək olar:

“İndi aydındır ki, bu, ancaq fərdi ev şəraitində mümkündür, fərdi təsərrüfatlarda, binalarda bunun istifadəsi mümkünsüzdür. Maariflənmədən də əvvəl problem əsasən qurğuların, avadanlıqların qiyməti ilə bağlıdır. Nə vaxt qiymət aşağı, əlçatan olacaqsa, o zaman insanlar alıb istifadə edə biləcəklər. Mən əvvəllər də qeyd etmişəm ki, yaşadığım evdə bu alternativ enerjidən istifadə edirəm. Onun həm istismarını, servis xidmətini, problemləri özüm bu sahədə mütəxəssis olaraq aradan qaldırdığım üçün o mənə pulsuz başa gəlir. Həmin avadanlıqları almışam, özüm quraşdırmışam və istifadə edirəm və kifayət qədər də məmnunam. Bu, mənə komfort, rahatlıq bəxş edir, ailə büdcəsinə də kifayət qədər qənaət olunur. Ancaq hazırda onun quraşdırılması, istimar olunması və digər xərclər bir qədər insanları qorxutduğu üçün bu işə əl atmırlar”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Rusiya hərbi kəşfiyyatına bağlı media qurumları 44 gün boyunca müharibəni qızışdırırdı” – Sabiq nazir müavini
Next: NƏ BAŞ VERİR: Brüsseldən əvvəl Moskva görüşü… – İNCƏLƏMƏ…

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.