Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ödənişli yoldan istifadə qaydaları AÇIQLANDI
  • Cəmiyyət
  • Gündəm

Ödənişli yoldan istifadə qaydaları AÇIQLANDI

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu – Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan
Cavidan 21 Oktyabr, 2023
1697868352_road_211023_1

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu – Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissə birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolaqlıdır. Bu yolun 129 kilometrlik hissəsinin ödənişli olması nəzərdə tutulub.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, ödəniş tarifləri yeni müəyyənləşdiyi üçün, hazırda həmin tariflərin sistemə inteqrasiyası həyata keçirilir. Proqram təminatı tam yekunlaşdıqdan sonra test ediləcək. Ondan sonra isə yol istifadəyə veriləcək.

“Sürücülər ödəniş məntəqəsinə yaxınlaşaraq xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə ödəniş edə biləcəklər. Həmin kartları ödəniş məntəqələrinin giriş-çıxış hissələrindən, yaxın gələcəkdə isə şəhər və rayonlarımızın müxtəlif nöqtələrində satış məntəqələrindən əldə etmək mümkün olacaq. Yolda iki cür hərəkət zolağı var. Bunlardan biri sürətli, digəri isə adi keçiddir. Yəni sürücü adi zolaqda ödəniş məntəqəsinə yaxınlaşaraq kart əldə edə bilər.

Kartlara balans yüklənir və onun qət etdiyi məsafəyə uyğun gedişhaqqı çıxılır. Sürətli keçiddə isə öncədən əldə edilmiş və balans yüklənmiş kartlar avtomobilin ön şüşəsinə yapışdırılır. Artıq o, məntəqəyə yaxınlaşdıqda, buradakı xüsusi keçidlərdə sistem onu tanıyır və heç bir maneə olmadan sürücü eyni sürətlə yoluna davam edə biləcək”, – deyə Anar Nəcəfli əlavə edib.

Qurum rəsmisi qeyd edib ki, yol üzərində 4 məntəqə fəaliyyət göstərir – Giləzi, Siyəzən, Gəndob və Xaçmaz məntəqələri. Giriş və çıxış məntəqələr sürətli və adi keçid, digər kiçik məntəqələr isə hibrid zolaqlardır. Hər ikisindən də istifadə etmək mümkündür.

O, həmçinin vurğulayıb ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır. Bu yolla tranzit və daxili yüklərin daha tez və asan daşınması təmin olunacaq. “Sürət həddinə gəldikdə, hazırda ödənişli yoldan istifadə qaydaları müəyyənləşdirilir və bu, həmin qaydalarda əks etdiriləcək. Təbii ki, bu yolda sürət digər yollardan daha çox olacaq”, – A.Nəcəfli deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışını edib.

Tarif Şurasının qərarına əsasən, yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə aşağıdakı kimi olacaq:

– minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib;

– kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək;

– avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib;

– qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Neftimiz BAHALAŞDI
Next: DİM imtahan qiymətlərini artıracaq? – Məleykə Abbaszadədən AÇIQLAMA

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 135637
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 130155
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 121537
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 740)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 015)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq Screenshot 2026-07-14 135637 1
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

14 İyul, 2026
Azərbaycanda iyul ayının pensiyaları ödənilib Screenshot 2026-07-14 130155 2
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

14 İyul, 2026
İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar Screenshot 2026-07-14 124126 3
  • Siyasət

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

14 İyul, 2026
Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib Screenshot 2026-07-14 121537 4
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

14 İyul, 2026
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Screenshot 2026-07-14 115333 5
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9740) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3015) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.