Skip to content
7 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanın ilk ödənişli yolunda sürət həddi saatda neçə km OLACAQ?
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanın ilk ödənişli yolunda sürət həddi saatda neçə km OLACAQ?

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tariflər müəyyənləşdirilib. Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası
Cavidan 18 Oktyabr, 2023
1697631734_1697546920_photo_5291840226743931430_y

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tariflər müəyyənləşdirilib.

Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinədək uzanan yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Modern.az-a açıqlamasında  sözügedən yolda təhlükəsizilik qaydalarının tam təmin olunduğunu bildirib:



“Yeni ödənişli yolda, təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Xüsusi təhlükəsizlik, müşahidə kameraları qurulub. Hər şey öz yerindədir.

Ödənişli yolun istifadəsinə dair qaydalar hazırlanır. Hələ ki sürət həddi məsələsi açıq qalıb. Bu, qaydalarda öz əksini tapacaq. Çox güman ki, orada sürət həddi ilə bağlı bəzi dəyişikliklər olacaq”.
Anar Nəcəfli yolun fərqi və üstünlüyündən də danışıb.

“Sürətli, daha qısa olması yolun əsas üstünlüyü olacaq. Hazırda mövcud, alternativ yol var, ödənişsizdir. Kim ödənişli yoldan istifadə emək istəməsə, alternativ ödənşsiz yolla gedə biləcək. Keçən il həmin yol Bakı şəhəri istiqamətində əsaslı şəkildə bərpa olundu. Bu il isə Quba istiqamətində müəyyən hissələrin bərpa işləri həyata keçirildi. Sürücülərimiz o yoldan da istifadə edə biləcək”.

Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, ödənişli yollarla bağlı Azərbaycan qanunvericiliyində müəyyən müddəalar olub:
 

“Bakı-Quba yolu ilk layihədir. Artıq qiymətlər də müəyyənləşdirilib. Oraya operatorlar cəlb olunacaq, onlar məsələni tənzimləyəcəklər. Qanunvericiliyin tələbinə görə ödənişli yollar ödənişsiz yollarla təxminən eyni rahatlıqda olmalıdır. Fərq yolun daha qısa, təhlükəsiz olmasındadır. Burada siz ödəniş edib yola çıxırsız, digər yola nisbət daha tez çatırsız. Bakı-Quba yolunda təxminən ödənişsiz yola nisbətən ödənişli yolda 20 km-dən artıq  məsafəyə qənaət olunur. Üstəlik bu yolun rahatlığı var. Yol müasir standartlara uyğun qurulub. Digər tərəfdən, bu yol yaşayış məntəqələrindən kənar keçir. Sürücü şəhərin içinə daxil olmur, işıqfor, piyadalar, mal-qara görmür. Sadəcə, yola müəyyən nöqtələrdən qoşulmalar var. Yanacaq sərfiyyatında fərq yaranacaq, zamana qənaət etmiş olacaqlar”.


Ekspertin sözlərinə görə, ödənişli yol sürət baxımından digər yollardan fərqlənməyəcək:
 

“Sürətin yüksək olması heç bir qəzaya səbəb olmayacaq. Çünki bu yol daha rahatdır. Burada sürət həddi digər yollardan çox da fərqlənməyəcək. Adi yollarda sürət həddi 110 km/saat-dırsa  burada da elə olacaq. Başqa sürət rejimi nəzərdə tutulmur. Ölkədə icazə verilən maksimal sürət nədirsə, bu yolda da o tətbiq olunacaq.  Sadəcə, bu yolda qət edilən məsafə daha qısadır. Pullu olmasının da səbəbi elə budur. Ödənişlə bağlı müxtəlif üsullar tətbiq olunacaq. Rahat, onlayn ödəniş etmək mümkün olacaq. Bu da əlçatanlığı təmin edir”.

Tarif Şurasının qərarına əsasən, yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə aşağıdakı kimi olacaq:
– minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib;

– kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək;

– avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib;

– qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bakıda xəstəxanada 43 yaşlı kişi özünü öldürdü
Next: Günün qoroskopu: Səfər istisna deyil

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-07 161423
  • Gündəm

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 160047
  • Cəmiyyət

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 153017
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

Cavidan 7 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 700)
  • Dünya (3. 443)
  • Gündəm (11. 930)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək Screenshot 2026-07-07 161423 1
  • Gündəm

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

7 İyul, 2026
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib Screenshot 2026-07-07 160047 2
  • Cəmiyyət

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

7 İyul, 2026
Generala yüksək vəzifə verildi Screenshot 2026-07-07 153017 3
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

7 İyul, 2026
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? Screenshot 2026-07-07 150315 4
  • Gündəm

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

7 İyul, 2026
Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı bagca 5
  • Cəmiyyət

Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı

7 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9700) Dünya (3443) Gündəm (11930) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.