Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “İlham Əliyev Azərbaycanı bölgənin liderinə çevirdi” – Əli Əsədov
  • Cəmiyyət

“İlham Əliyev Azərbaycanı bölgənin liderinə çevirdi” – Əli Əsədov

“Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən
Cavidan 14 Oktyabr, 2023
1697268263_ali_asadov

“Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı”.

Bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

O qeyd edib ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib:

“Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi”.

Əli Əsədov bildirib ki, 1918-ci ildən başlanan 105 illik Respublika tariximizə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi.

“XXI əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib”, – deyə Baş nazir əlavə edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: DYP azarkeşlərə müraciət etdi
Next: Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə 7 milyard ayrılıb

Bölmənin digər xəbərləri

JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Cavidan 29 İyun, 2026
oqMb8BaqfPh v
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

Cavidan 29 İyun, 2026
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.