HƏMAS terror təşkilatı İsrailin Ben Qurion hava limanına raket zərbəsi endirib.
Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
“Əl-Qəssam Briqadaları mülki əhalinin köçürülməsinə və hücumuna cavab olaraq Ben Qurion hava limanını bombalayır”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, beynəlxalq hava limanı Təl-Əvivdə yerləşir.