Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • DTX Arutyunyanı belə ələ keçirib – Video
  • Cəmiyyət
  • Gündəm

DTX Arutyunyanı belə ələ keçirib – Video

Arayik Arutyunyan cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat
Cavidan 5 Oktyabr, 2023
dtx-araik

Arayik Arutyunyan cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Qeyd olunub ki, Azərbaycanın Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Arutyunyan Arayik Vladimiri tərəfindən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Bundan başqa, Arayik Arutyunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsinə, eləcə də qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən olunmuşdur. İstintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin, Arayik Arutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycan Respublikasının Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Arayik Arutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir. Cari il oktyabrın 3-də Arayik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilmişdir. Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Laçının mərkəzindən möhtəşəm görüntülər – Video
Next: Bu ərazimizə 16 sm qar yağdı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-13 182506
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 180049
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 170129
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 734)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 1
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 2
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026
Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var Screenshot 2026-07-13 170129 3
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

13 İyul, 2026
“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir Screenshot 2026-07-13 163348 4
  • Cəmiyyət

“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir

13 İyul, 2026
“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək Screenshot 2026-07-13 133951 5
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9734) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.