Skip to content
6 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 437)
  • Dünya (3. 042)
  • Gündəm (10. 556)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Gəncə şəhərinin ilk raket hücumuna məruz qalmasından üç il ötür – VİDEO

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür.
Cavidan 4 Oktyabr, 2023

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür.

2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.

Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində bir mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.

Hadisədən sonra Azərbaycanın baş prokuroru Kamran Əliyev bəyanat yayıb. Bəyanatda bildirib ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə Qarabağdakı separatçı rejimin rəhbəri Arayik Arutunyan tərəfindən Cenevrə Konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb.
“Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adamöldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb”, – deyə baş prokuror bəyanatında vurğulayıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Continue Reading

Previous: Xoşbəxt Yusifzadə vəfat etdi
Next: Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bölmənin digər xəbərləri

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək
  • Cəmiyyət

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL
  • Cəmiyyət

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025

Top 7 Xəbər

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 1

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 2

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025
Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək 3

Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək

6 Dekabr, 2025
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib 4

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb 5

“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb

6 Dekabr, 2025
Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar 6

Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar

5 Dekabr, 2025
Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır 7

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

5 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 437)
  • Dünya (3. 042)
  • Gündəm (10. 556)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8437) Dünya (3042) Gündəm (10556) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 6 Dekabr, 2025
  • Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 6 Dekabr, 2025
  • Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək 6 Dekabr, 2025
  • İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib 6 Dekabr, 2025
  • “Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.