Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Qarabağa gələn BMT missiyası erməniləri MƏYUS ETDİ
  • Cəmiyyət

Qarabağa gələn BMT missiyası erməniləri MƏYUS ETDİ

“Ermənistan Qarabağa səfər edən BMT missiyasının Azərbaycana qarşı “etnik təmizləmə” iddialarını dəstəkləyəcəyinə ümid edirdi. Halbuki, separatçı-terrorçu rejim 30
Cavidan 3 Oktyabr, 2023
1696316023_1696229073615 (1)

“Ermənistan Qarabağa səfər edən BMT missiyasının Azərbaycana qarşı “etnik təmizləmə” iddialarını dəstəkləyəcəyinə ümid edirdi. Halbuki, separatçı-terrorçu rejim 30 ilə yaxın işğal dövründə Bakının bütün israrına rəğmən belə bir missiyanı bölgəyə buraxmırdı və bu gün Azərbaycandan bunu istəyən beynəlxalq oyunçular da İrəvana heç bir təzyiq göstərmirdi”.

Modern.az-ın məlumatına görə, bunu BMT missiyasının Qarabağa səfərini şərh edən siyasi təhlilçi Asif Nərimanlı bildirib.

“İrəvan hesab edirdi ki:

– BMT nümayəndələrinin Qarabağ səfəri Azərbaycana qarşı kampaniyada ciddi arqument yaradacaq;

– Bununla “beynəlxalq mexanizm” məsələsini də aktuallaşdıracaq və sülh danışıqlarında Bakıya qarşı kart kimi əlində saxlayacaq”, – A.Nərimanlı deyib.

O xatırladıb ki, Qərb ölkələri də “beynəlxalq missiya” adı altında bölgəyə daxil olmaq istəyir:

“Rəsmi Bakı bu həmləyə qarşı missiyanın BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbərliyi altında həyata keçirilməsini irəli sürdü və bununla həm beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi, həm də “beynəlxalq missiya” istəklərini müəyyən qədər arxa plana keçirdi. “Beynəlxalq missiya” planı hələ bitməyib və rıçaqlardan biri kimi qarşıdakı dövrdə yenidən aktuallaşa bilər, lakin Azərbaycan BMT missiyasının səfəri ilə bir addım önə çıxdı”.

Ekspert deyib ki, BMT missiyasının Qarabağa səfərin nəticələrinə dair bəyanatı da erməni tərəfinin ümidlərinin puç olmasını deməyə əsas verir:

“Bəyanatda qeyd olunur ki, “missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib, əksinə, missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib”. Sadəcə olaraq, “əhalinin qəfil tərk etməsindən heyrətə gəliblər”.

Bu bəyanat Ermənistanın Qarabağda erməni əhalisinə qarşı “etnik təmizləmə” kimi iddialarını beynəlxalq müstəvidə böyük ölçüdə zəiflədir və Bakıya bütün ittihamların önünə fakt qoymaq imkanı verir”.

Xatırladaq ki, BMT missiyası araşdırma aparmaq üçün oktyabrın 1-də Xankəndiyə getmişdi. Missiya bazar ertəsi axşam saatlarında yaydığı bəyanatda Xankəndidəki mülki infrastruktura zərər dəymədiyini bildirib.

Missiya Xankəndi şəhərində az əhali qaldığını müşahidə edib və həmsöhbət olduğu adamlardan Qarabağda 50-1000 arası erməni sakinin qaldığını eşidib.

Bəyanatda deyilir ki, missiya üzvləri baş çəkdikləri yerlərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara hər hansı bir ziyan dəydiyini görməyiblər, həmçinin müşahidə ediblər ki, Azərbaycan hökuməti şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşır.

“Missiya müşahidə edib ki, şəhərdə heç bir mağaza açıq deyil”, – bəyanatda deyilir.

Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olub.

Bəyanatda deyilir ki, kənd yerləri haqqında məlumatın və oralara çıxışın məhdud olduğunu nəzərə alaraq, orda heyvandarlıq və əkinçiliklə bağlı, o cümlədən fermerlərin qarşıdan gələn mövsümdə buğda səpininə əlçatanlığı və ya hazır olub-olmaması barədə məlumat yoxdur.

“Missiya üzvləri kənd təsərrüfatı infrastrukturunun dağıdılmasını və ya yollarda ölmüş heyvanları müşahidə etməyib”, – məlumatda deyilir.

Missiyanın apara bildiyi söhbətlərə əsasən, indiki mərhələdə yerli əhalinin geri qayıtmaq niyyətində olub-olmadığını müəyyən etmək çətindir.

“Aydın olan odur ki, etimad və inamın yaradılması lazımdır və bunun üçün vaxta və bütün tərəflərin səylərinə ehtiyac var”, – missiyanın bəyanatında vurğulanıb.

Azərbaycan sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra üzləşdiyi “etnik təmizləmə” ittihamlarını rədd edərək BMT-nin missiyasının bölgədə işləməsinə şərait yaradıb.

Antiterror tədbirlərindən sonra separatçı qurum özünü buraxıb, Azərbaycan bütöv Qarabağa nəzarətini bərpa edib, burda yaşayan etnik ermənilər isə kütləvi şəkildə Qarabağı tərk etməyə başlayıb.

Bazar ertəsi rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planını açıqlayıb. Bir gün qabaq isə elan edib ki, artıq Dövlət Miqrasiya xidməti Xankəndidə əhalinin reinteqrasiya prosesinə başlayıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Daha 5 şəhidimizin adı açıqlandı – SİYAHI
Next: İlham Əliyev Almaniya Prezidentinə məktub GÖNDƏRDİ

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 151507
  • Cəmiyyət

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 135637
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 130155
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 741)
  • Dünya (3. 453)
  • Gündəm (11. 949)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO Screenshot 2026-07-14 160024 1
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

14 İyul, 2026
Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq Screenshot 2026-07-14 151507 2
  • Cəmiyyət

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

14 İyul, 2026
Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH Screenshot 2026-07-14 145229 3
  • Siyasət

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

14 İyul, 2026
İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib Screenshot 2026-07-14 142048 4
  • Siyasət

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

14 İyul, 2026
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq Screenshot 2026-07-14 135637 5
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9741) Dünya (3453) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.