Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Toyların keçirilməsinə QADAĞA QOYULUR? 
  • Cəmiyyət
  • Gündəm

Toyların keçirilməsinə QADAĞA QOYULUR? 

Bir müddətdir ki, sosial şəbəkələrdə toyların qadağan edilməsi ilə bağlı dəqiq olmayan informasiya yayılmaqdadır. Antiterror əməliyyatları zamanı 192
Cavidan 29 Sentyabr, 2023
1695903824_photo_5235871588786752950_x

Bir müddətdir ki, sosial şəbəkələrdə toyların qadağan edilməsi ilə bağlı dəqiq olmayan informasiya yayılmaqdadır. Antiterror əməliyyatları zamanı 192 şəhid olmasına görə bəzi insanlar toy mərasimlərinin qadağan edilməsinin tərəfdarıdır.

Ölkəmizdə bu ərəfələrdə şənliklərin keçirilməsi, həmçinin əyləncəli paylaşımlar və ab-hava heç də birmənalı qarşılanmır. 

Təbii ki, bu günlərdə əvvəlcədən təyin olunan toy mərasimləri bas tutsa da, bəziləri bunu müəyyən qədər məhdudlaşdırmış olaraq həyata keçirdi.Hətta bəzi sənət adamları da əvvəlcədən təyin edilən konsertlərini təxirə saldığını bildirdi. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev bildirib ki, hökumət, əlaqədar qurumlar səviyyəsində toyların qadağan olunması doğru məlumat ola bilməz:

“Bu birmənalı olaraq hər kəsin qeyrət, vicdan məsələsidir.

Toyların qadağan olunması ilə bağlı dəqiq bir qərar yoxdur və belə bir qərar düşünürəm verilə bilməz. Bilirəm ki, toyu şəhidlərimizin olduğu  günlərə təyin olunmuş bir çox məclislər ya səs-küysüz keçirildi, sonrakılar isə təxirə salındı.

Təbii ki, toy sahibi də toya hazırlaşan zaman müəyyən xərclər çəkir, amma heçnə şəhidlərimizdən əziz deyil. Ona görə də vətəndaşlarımız bu cür müdriklik, həmrəylik göstərərək şəhidlərimizin xatirəsinə görə toylarını təxirə saldı. Bunu hər kəs başa düşdüyü üçün qadağan edilməsinə gərək yoxdur”.

Deputat onu da qey edib ki, toyunu təxirə sala bilməyənlərin müəyyən etik çərçivədə məclislərini  keçirməsi yaxşı olar:

“Belə olan halda insanlar bunu şəhidlərimizə hörmətsizlik kimi qəbul etməzlər. Şəhidlərimizin olduğu bir dönəmdə bir tərəfimizdə yas, digər bir yandan şənlik düzgün qarşılanmaz.

Ola bilsin ki, hansısa toylar olur amma başa düşmək lazımdır ki, əvvəlcədən danışılıb və saxlamaq olmayıb.Amma bu ərəfədə toy edən hər bir ailə də şəhidlərimizi yaddan çıxarmamalıdır”.

Sosioloq Lalə Mehralı isə sualımıza cavab olaraq bildirib ki, hazırkı vəziyyətdə restoran axtarmaq, toy vaxtı təyin eləmək kimi məsələlər bizim mental dəyərlərə ziddir:

“Bəzən deyirlər “xeyirlə şər qardaşdır” və yas mərasiminə görə vaxtı təyin edilmiş toy mərasimlərini təxirə salmırlar. Amma mən bu məsələ ilə barışa bilmirəm. Çünki tarixən Azərbaycanda elə bir mental xüsusiyyət formalaşıb ki, qonşuda yasdırsa, sən evində hətta televizor belə açmamalısan. Yəni kənardan kimsə eşidər, pis qəbul edərdi.

Bu da başqasının acısına hörmət, ehtiram əlaməti sayılırdı. Hazırki vəziyyət başqasının acısı, başqasının şəhidi deyil, elin şəhidi olduğu üçün, şəhidlərə rəğmən toy etmək insanlıq məsələsidir.

Düzdür vaxtı yaxın olan, dəvətnamələri paylanan toylar var.Yəni bu cür, üzürlü səbəbdən toyunu etməli olan ailələri başa düşmək olar”.

Sosioloqun fikrincə, şəhidlərə görə toylara qadağa qoymaq doğru deyil, bunu insanlar özləri düşünərək etməlidir:

“Hesab edirəm ki, hazırda əl-ələ verərək şəhidlərin xatirəsinə hörmət olaraq bir müddət toy-şənlik mərasimlərini təxirə salmaq heç kim üçün çətin olmaz. Burada artıq vaxtım təyin olunmuş toyları nəzərdə tutmuram.

Köhnə zamanlardan hamı bir-birini başa düşüb, acısını öz acısı kimi qəbul etdiyi kimi indiki vaxtda da eynilə belə etmək yaxşı olardı. Hər hansı bir qadağanın qoyulması düşünürəm lazım deyil. Çünki insanlara nəyisə qadağan etmək, o deməkdir ki, insan özü bunu başa düşmür”.

Bizim.Media

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Qənirə Paşayevanın ölümlə bağlı TƏSİRLİ SÖZLƏRİ: “Deyəcəklər ki, adam kimi adam idi””
Next: Həkimlikdən millət vəkilliyinə gedən yol… – DOSYE

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 135637
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 130155
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 121537
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 740)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 016)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib Screenshot 2026-07-14 142048 1
  • Siyasət

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

14 İyul, 2026
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq Screenshot 2026-07-14 135637 2
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

14 İyul, 2026
Azərbaycanda iyul ayının pensiyaları ödənilib Screenshot 2026-07-14 130155 3
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

14 İyul, 2026
İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar Screenshot 2026-07-14 124126 4
  • Siyasət

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

14 İyul, 2026
Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib Screenshot 2026-07-14 121537 5
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9740) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3016) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.