Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Azərbaycan xalqına başsağlığı verib.
Diplomat bu barədə X-də paylaşım edib.
“Azərbaycan ordusunun Qarabağda gerçəkləşdirdiyi antiterror əməliyyatı nəticəsində şəhid olan qəhrəmanlara Allahdan rəhmət, ailələrinə, silah yoldaşlarına və qardaş Azərbaycan xalqına səbr və başsağlığı diləyirik. Allah rəhmət eləsin. Zəfəriniz şanlı və uğurlu olsun, igidlər!”, – o qeyd edib.