Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Şuşadan götürülən tankı Albert belə məhv etmişdi
  • Cəmiyyət

Şuşadan götürülən tankı Albert belə məhv etmişdi

Xəbər verdiyimiz kimi, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi qoyulan tank abidəsi
Cavidan 22 Sentyabr, 2023
1695373082.21121212

Xəbər verdiyimiz kimi, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi qoyulan tank abidəsi götürülüb.

Bu, Milli Qəhrəman Albert Aqarunovun Şuşa döyüşlərində vurduğu məşhur erməni tankıdır.

Belə ki, 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan “fəxri” erməni bayrağı verilib. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir.

Ermənilər Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə saxlayırdılar.

Albert düşmən tanklarını xüsusi metodla vurması ilə tanınırdı. O erməni qüvvələrinə aid iki tank bir-birinə yaxınlaşanda bir mərmi ilə iki tankı hədəf alırdı. Döyüş yoldaşları bu metodu “yəhudi buterbrodu” adlandırırdılar.

Qeyd edək ki, A.Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar. Aqarunov 1992-ci ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında şəhid olub.

A.Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Onun dəfn mərasimində molla və ravvin eyni vaxtda dua oxuyub. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.

“Unikal”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Salyanda avtomobil su kollektoruna düşdü – Ölən var
Next: “Silahı yerə qoyan hərbçilər azaddırlar” – Prezidentin köməkçisi

Bölmənin digər xəbərləri

WhatsApp Image 2026-07-14 at 17.27.22
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 170729
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 151507
  • Cəmiyyət

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 743)
  • Dünya (3. 454)
  • Gündəm (11. 949)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 412)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 1
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.22 2
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

14 İyul, 2026
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb Screenshot 2026-07-14 170729 3
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

14 İyul, 2026
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib Screenshot 2026-07-14 164759 4
  • Dünya

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

14 İyul, 2026
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO Screenshot 2026-07-14 160024 5
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9743) Dünya (3454) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1412) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.