Skip to content
4 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 023)
  • Dünya (3. 241)
  • Gündəm (11. 326)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 959)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Şuşadan götürülən tankı Albert belə məhv etmişdi

Xəbər verdiyimiz kimi, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi qoyulan tank abidəsi
Cavidan 22 Sentyabr, 2023

Xəbər verdiyimiz kimi, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi qoyulan tank abidəsi götürülüb.

Bu, Milli Qəhrəman Albert Aqarunovun Şuşa döyüşlərində vurduğu məşhur erməni tankıdır.

Belə ki, 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan “fəxri” erməni bayrağı verilib. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir.

Ermənilər Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə saxlayırdılar.

Albert düşmən tanklarını xüsusi metodla vurması ilə tanınırdı. O erməni qüvvələrinə aid iki tank bir-birinə yaxınlaşanda bir mərmi ilə iki tankı hədəf alırdı. Döyüş yoldaşları bu metodu “yəhudi buterbrodu” adlandırırdılar.

Qeyd edək ki, A.Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar. Aqarunov 1992-ci ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında şəhid olub.

A.Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Onun dəfn mərasimində molla və ravvin eyni vaxtda dua oxuyub. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.

“Unikal”

Continue Reading

Previous: “Mirzoyanın yerində olsaydım, BMT-dən qayıdıb ərizəmi yazardım”
Next: Qarabağdakı antiterror tədbirlərinin BMT TŞ-dəki əks-sədası: Fransa iclasda “iflic” oldu – ŞƏRH

Bölmənin digər xəbərləri

Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir
  • Cəmiyyət

Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir

3 Mart, 2026
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb
  • Cəmiyyət

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

3 Mart, 2026
Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
  • Cəmiyyət

Pirşağı və Ləhic bağlarında işıq olmayacaq

3 Mart, 2026

Top 7 Xəbər

ABŞ İranın 17 hərbi gəmisini məhv etdiyini açıqlayıb 1

ABŞ İranın 17 hərbi gəmisini məhv etdiyini açıqlayıb

4 Mart, 2026
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI 2

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

3 Mart, 2026
İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir 3

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

3 Mart, 2026
İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib 4

İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib

3 Mart, 2026
İran Oman sahillərində tankerə hücum edib, ölən var 5

İran Oman sahillərində tankerə hücum edib, ölən var

3 Mart, 2026
ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb 6

ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb

3 Mart, 2026
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib 7

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

3 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 023)
  • Dünya (3. 241)
  • Gündəm (11. 326)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 959)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9023) Dünya (3241) Gündəm (11326) Kateqoriyasızlar (467) Kriminal (1343) Mədəniyyət (338) Siyasət (2959) Texnologiya (14) İdman (632) İqtisadiyyat (573)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ABŞ İranın 17 hərbi gəmisini məhv etdiyini açıqlayıb 4 Mart, 2026
  • Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI 3 Mart, 2026
  • İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir 3 Mart, 2026
  • İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib 3 Mart, 2026
  • İran Oman sahillərində tankerə hücum edib, ölən var 3 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.