Ötən gecə Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Hadisə Hüseynbala Əliyev küçəsi 5 ünvanında baş verib.
Guşbər Feyziyeva metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında keçmiş həyat yoldaşı Ceyhunla mübahisə edib. Mübahisə zamanı Ceyhun Guşbərə məxsus “Hyundai” markalı avtomobilə əyləşərək onu qaçırmaq istəyib. Ceyhunun idarəetməsindən çıxan avtomobil yaxınlıqdakı zirzəmidə yerləşən mobil aksesuarlar dükanına düşüb.
Hadisəni törədən şəxs ərazidən qaçaraq uzaqlaşıb. Qadın polisə müraciət edib.
Əraziyə yanacaq dağıldığına görə FHN-in DYMX-nin əməkdaşları, o cümlədən polislər cəlb edilib. Zərərçəkən dükan sahibi mağazaya təxminən 10 min manat ziyan dəydiyini bildirib.
APA