Skip to content
5 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 832)
  • Dünya (3. 167)
  • Gündəm (11. 034)
  • İdman (613)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 328)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Hərbi xidmətə çağırılanların tibbi müayinəsini bu nazirlik həyata keçirəcək – FƏRMAN

Prezident İlham Əliyev Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
Cavidan 6 Sentyabr, 2023

Prezident İlham Əliyev Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçiriləcək:

sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;

sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;

dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;

həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

Yekun tibbi müayinənin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılması, yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilməsi müəyyən edilib.

Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla altı ay müddətində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn maliyyələşməni təmin etməli, Agentliyin inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirliyə 2024-cü il iyulun 1-dək altsistemin təkmilləşdirilməsini təmin etmək, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Continue Reading

Previous: Bu mallar ƏDV-dən azad olundu – SİYAHI
Next: Bakıda kişi keçmiş arvadının maşınını qaçırarkən mağazaya çırpdı – Video

Bölmənin digər xəbərləri

Hikmət Hacıyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən paylaşım edib
  • Cəmiyyət

Hikmət Hacıyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən paylaşım edib

4 Fevral, 2026
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb
  • Cəmiyyət

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb

4 Fevral, 2026
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı
  • Cəmiyyət

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

4 Fevral, 2026

Top 7 Xəbər

Paşinyan: “Zayed İnsan Qardaşlığı Mükafatı” hər bir erməni və azərbaycanlı üçün eyni dərəcədə vacibdir 1

Paşinyan: “Zayed İnsan Qardaşlığı Mükafatı” hər bir erməni və azərbaycanlı üçün eyni dərəcədə vacibdir

4 Fevral, 2026
Hikmət Hacıyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən paylaşım edib 2

Hikmət Hacıyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən paylaşım edib

4 Fevral, 2026
Qazaxıstanla Pakistan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb 3

Qazaxıstanla Pakistan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb

4 Fevral, 2026
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb 4

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb

4 Fevral, 2026
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı 5

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

4 Fevral, 2026
10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı 6

10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı

4 Fevral, 2026
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb 7

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb

4 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 832)
  • Dünya (3. 167)
  • Gündəm (11. 034)
  • İdman (613)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 328)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8832) Dünya (3167) Gündəm (11034) Kateqoriyasızlar (459) Kriminal (1328) Mədəniyyət (333) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Paşinyan: “Zayed İnsan Qardaşlığı Mükafatı” hər bir erməni və azərbaycanlı üçün eyni dərəcədə vacibdir 4 Fevral, 2026
  • Hikmət Hacıyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən paylaşım edib 4 Fevral, 2026
  • Qazaxıstanla Pakistan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb 4 Fevral, 2026
  • Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb 4 Fevral, 2026
  • Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı 4 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.