Skip to content
29 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 774)
  • Dünya (3. 154)
  • Gündəm (10. 977)
  • İdman (612)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (455)
  • Kriminal (1. 322)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

İlin ən böyük Super Ay hadisəsi müşahidə olunub

Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunub. “Report”un məlumatına görə, Ay Yerə
Cavidan 31 Avqust, 2023

Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunub.

“Report”un məlumatına görə, Ay Yerə ən yaxın məsafədə – orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olub və bu gün saat 05:37-də Dolu (Tam) Ay fazasına keçib.

Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olub. Perigeydə Aya qədər məsafə 357181 km təşkil edib. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunan Super Ayı ilin ən böyük Super Ayı adlandırmaq olar.

Super Ay hadisəsini Azərbaycan ərazisində avqust ayının 30-dan 31-nə keçən gecə saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək mümkün olub. Bu hadisə adi Super Ay hadisələrindən biri hesab olunur. Sadəcə Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə (birinci Super Ay hadisəsi avqust ayının 1-dən 2-nə keçən gecə baş vermişdi), ikinci Dolu Ay Mavi Ay adlandırılır.

Ay Yer ətrafında çevrə üzrə deyil, elliptik orbit üzrə hərəkət etdiyindən Ayın Yerdən məsafəsi daim dəyişir. Orbitdə ən yaxın nöqtə perigey, ən uzaq isə apogey adlanır. Lakin Günəşin və planetlərin cazibə sahələrinin təsiri nəticəsində perigey və apogey məsafələri stabil qalmır, periodik olaraq dəyişir. Perigey məsafəsi 356 420 km-dən 369 960 km-ə, apogey məsafəsi isə 404 180 km-dən 406 740 km-ə qədər dəyişə bilir. Son 100 ildə Ayın Yerə maksimal yaxınlaşması 1948-ci il yanvar ayının 26-da baş vermişdi. Bu zaman Aya qədər məsafə 356 462 km olmuşdu. Növbəti belə maksimal yaxınlaşma 2034-cü il noyabr ayının 25-də baş verəcək, bu zaman Aya qədər məsafə 356 447 km (indikindən 734 km daha yaxın) olacaq. Ümumiyyətlə, XXI əsrdə Ayın Yerə ən çox yaxınlaşması 2052-ci il dekabrın 6-da baş verəcək. Bu zaman Aya qədər məsafə 356 424 km olacaq.

Qeyd edək ki, super Ay insanların sağlamlığına təsir göstərmir və daşqınlar, zəlzələlər, vulkan püskürmələri və sunamilər kimi təbiət hadisələrinə səbəb olmur. Onlar yalnız adi Tam Aydakı qabarmalardan bir neçə santimetr yüksək qabarmalara səbəb olur. Super Tam (Dolu) Ay adi Tam Aydan bir qədər böyük və parlaq göründüyünə üçün insanları gecə səmasını öyrənməyə ruhlandırır və astronomiyanı daha da maraqlı edir.

Continue Reading

Previous: G20 Sammitində gülməli mühafizə sistemi – FOTO
Next: Baş konsul: “Türkiyə Naxçıvanda çox önəmli layihələr həyata keçirəcək”

Bölmənin digər xəbərləri

Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Bakıya qayıdıb
  • Gündəm

Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Bakıya qayıdıb

29 Yanvar, 2026
Bakının bu ərazisində 12 saat su olmayacaq
  • Cəmiyyət

Bakının bu ərazisində 12 saat su olmayacaq

29 Yanvar, 2026
Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlıdır
  • Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlıdır

29 Yanvar, 2026

Top 7 Xəbər

Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Bakıya qayıdıb 1

Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Bakıya qayıdıb

29 Yanvar, 2026
Bakının bu ərazisində 12 saat su olmayacaq 2

Bakının bu ərazisində 12 saat su olmayacaq

29 Yanvar, 2026
Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlıdır 3

Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlıdır

29 Yanvar, 2026
Bakıda iki nəfər dəm qazından zəhərlənib, biri ölüb 4

Bakıda iki nəfər dəm qazından zəhərlənib, biri ölüb

29 Yanvar, 2026
Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb – FOTO 5

Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb – FOTO

29 Yanvar, 2026
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam 6

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam

28 Yanvar, 2026
Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video 7

Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video

28 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 774)
  • Dünya (3. 154)
  • Gündəm (10. 977)
  • İdman (612)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (455)
  • Kriminal (1. 322)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8774) Dünya (3154) Gündəm (10977) Kateqoriyasızlar (455) Kriminal (1322) Mədəniyyət (331) Siyasət (2929) Texnologiya (14) İdman (612) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Bakıya qayıdıb 29 Yanvar, 2026
  • Bakının bu ərazisində 12 saat su olmayacaq 29 Yanvar, 2026
  • Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlıdır 29 Yanvar, 2026
  • Bakıda iki nəfər dəm qazından zəhərlənib, biri ölüb 29 Yanvar, 2026
  • Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb – FOTO 29 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.