Ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb. Addim.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumatına görə, ümumilikdə 70299 abituriyent ixtisas seçimi edib. Ən çox ixtisas seçimi edənlər I qrupdadır – 20056 nəfər. Daha sonra III qrupun abituriyentləri gəlir – 18107 nəfər. II qrupda 15130 nəfər, IV qrupda 5348 nəfər, V qrupda 8194 nəfər ixtisas seçimi edib. Xatırladaq ki, bu il I qrup üzrə plan yeri 18386-dir. II qrup üzrə plan yeri 13285, III qrup üzrə plan yeri 16067, IV qrup üzrə plan yeri 4100-dir.