Skip to content
15 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Azərbaycan XİN Paşinyanın iddialarına CAVAB VERDİ

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarına cavab verib. XİN-in
Cavidan 17 Avqust, 2023

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarına cavab verib.

XİN-in açıqlamasında deyilir:

“Ermənistanın baş naziri Nikol Paşinyanın 17 avqust tarixində hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi bir daha göstərir ki, Ermənistan növbəti dəfə BMT TŞ-də düçar olduğu uğursuzluqla barışmaq istəmir.

Bölgədə “humanitar vəziyyət” barədə hal-hazırkı iddiaların aradan qaldırılması üçün Azərbaycan tərəfindən təklif olunmuş “Ağdam-Xankəndi” yolundan istifadənin əksər üzv dövlətlər tərəfindən dəstəklənməsinə və bu yoldan istifadə edilməsinə çağırışlara baxmayaraq, Ermənistan baş nazirinin bu yoldan istifadəni qəbul etməməsi Ermənistan tərəfinin bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir.

Bununla yanaşı, BMT TŞ üzvlərinin əksəriyyətinin vurğuladığı kimi, bölgədə sülh və sabitliyin bərqərar olması üçün həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyinə baxmayaraq, Ermənistan tərəfinin “bölgədə humanitar vəziyyət”, “blokada” kimi bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməsi narahatlıq doğurur.

Eyni zamanda, üzv dövlətlərin Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasının zəruri olduğunu bildirmələri, bu narahatlarıqların həlli istiqamətində səylərin birləşdirilməsinin vacib olduğunu bir daha xatırladır.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətinə qarşı Ermənistanın müqavimət göstərməsi, baş nazirin guya Azərbaycanın erməni sakinlərə qarşı atəş açdığı barədə iddialar səsləndirməsi və ölkəmizi “etnik təmizləmədə” təqsirləndirməsi Ermənistan rəhbərliyinin bölgədə reallıqları hələ də düzgün qiymətləndirmədiyini nümayiş etdirir.

Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.

Continue Reading

Previous: Azərbaycanın ən gənc generalı o oldu
Next: Füzuli şəhərinə ilk köç BAŞLAYIB

Bölmənin digər xəbərləri

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir
  • Cəmiyyət

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq
  • Cəmiyyət

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
  • Cəmiyyət

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026

Top 7 Xəbər

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 1

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 2

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 3

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq 4

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Bakıda market və bank kartından oğurluq edilib 5

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 6

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib 7

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9080) Dünya (3264) Gündəm (11409) Kateqoriyasızlar (473) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 14 Mart, 2026
  • Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 14 Mart, 2026
  • Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 14 Mart, 2026
  • Sabah Bakıda 13 dərəcə isti olacaq 14 Mart, 2026
  • Bakıda market və bank kartından oğurluq edilib 14 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.