![](https://addim.az/wp-content/uploads/2023/08/1691484031.96ddcad7-bbc8-4f50-ae63-e9730a59120d-1024x650.jpg)
Şamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.
“Unikal”ın məlumatına görə, təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 2 nəfərin xəsarət aldığı bildirilir. Avtobusda olan sərnişinlərə tibbi yardım göstərmək üçün hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
![](https://azadmedia.az/uploads/posts/2023-08/1691485063_1691484031_6fa7ef35-f684-448d-8433-65efcbf076c0.jpg)
![](https://azadmedia.az/uploads/posts/2023-08/1691485106_1691484031_33c7db2c-5190-4b16-be2a-19f0553ff77c.jpg)
![](https://azadmedia.az/uploads/posts/2023-08/1691485081_1691484031_d6c6ecae-1ef7-457f-b4d9-1ab6e74e2e3e.jpg)
![](https://azadmedia.az/uploads/posts/2023-08/1691485089_1691484031_e65f0b3d-3d5a-4e4e-a20c-65e9d1779b52.jpg)