Skip to content
12 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 884)
  • Dünya (3. 186)
  • Gündəm (11. 107)
  • İdman (620)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (461)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 940)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Günün qoroskopu: Yeni maraqlar formalaşacaq
  • Cəmiyyət
  • Gündəm

Günün qoroskopu: Yeni maraqlar formalaşacaq

Qoç – gün uğurlu olacaq. Səylə və iradə ilə çalışsanız, ciddi uğurlara nail ola bilərsiniz. Əməyinizin bəhrəsini görəcəksiniz. Səfərlər
Cavidan 8 Avqust, 2023

Qoç – gün uğurlu olacaq. Səylə və iradə ilə çalışsanız, ciddi uğurlara nail ola bilərsiniz. Əməyinizin bəhrəsini görəcəksiniz. Səfərlər ehtimal olunandan artıq vaxt alacaq. Ailədə fikir ayrılıqları istisna deyil.

Sizi eqoizmdə, laqeydlikdə, yalnız öz maraqlarınızı düşünməkdə suçlayacaqlar.

Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. İmkan, qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Axşam saatları fiziki iş və ya idmanla məşğul olsanız, özünüzü ifrat yormayın.

Buğa – narahat olmayın, nigaranlığa qapılmayın. Hadisələr nəzərdə tutduğunuz məcrada getməsə də, mahiyyət etibarilə pis gün deyil. İşlərdəki müəyyən durğunluq sizi sinirləndirə bilər. İstirahət və əyləncəni təxirə salın.

Aktiv olun, enerjili çalışın.

Günün ikinci yarısında səhhətinizdə problemlər yaranmayacaq. Orqanizmin tələblərini nəzərə alın. Mənasız və ifrat məhdudiyyətlərə ehtiyac yoxdur. Heç bir faydası olmayan işlərdən uzaq durun.

Emosional fon uğurlu deyil.

Əkizlər – əlverişli və yaxşı gündür. Mühüm işlərlə məşğul olun. Əvvəllər başladığınız işləri başa vurun. Astagəllik və passivlik etməyin. İstənilən yeni iş və ya layihənin perspektivlərini aydın təsəvvür etməyə çalışın. Hadisələrin inkişaf məcrasındakı qarışıqlığı nəzərə alın. Qarşınıza qoyduğunuz bəzi məqsədlərə iki-üç aydan sonra çata bilərsiniz.

Günün ikinci yarısında yeni tanışlıq, maraqlı görüş istisna deyil. Yaxın ətrafınızdakı insanların hamısına çox inanmayın. İllüziyaların qurbanı olmayın. Alış-verişdə bədxərclik etməyin.

Xərçəng – işgüzar təmaslar və peşəkar fəaliyyət üçün uğurlu zamandır. Müstəqil çalışın, kiminsə göstərişlərini yerinə yetirməklə işinizi bitmiş saymayın. Kommersiya əməliyyatları və praktiki qərarlar üçün münasib zaman sayıla bilər.

Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinlik yarana bilər. Sevdiyiniz insanla mübahisə etməyin. Fikir ayrılıqları və ixtilaflar tamamilə mənasız, kiçik məqamlara görə yarana bilər. Əsas mübahisə predmeti maliyyə məsələləri olacaq. Əhvalınızın pisləşməsi istisna deyil. Oynaqlardakı xroniki ağrılar şiddətlənə bilər. Özünüzü çox yormayın.

Şir – günün ilk yarısı ağır vəziyyət, ciddi problemlər vəd edir. Rəqiblə mübarizə asan olmayacaq. Asan qələbəyə bel bağlamayın. Geri çəkilməyin, qətiyyətli olun.

Rəqibi aldatmağa, onun zəifliyindən istifadə etməyə çalışın.

Günün ikinci yarısı daha asan, rahat olacaq. Doğrudur, kiçik uğursuzluqların yaranması, maneələrin formalaşması istisna deyil. Amma narahat olmayın: az sonra sürətlə irəliləyə biləcəksiniz.

Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə ciddi problemlər müşahidə olunmayacaq.

Qız – təmaslarda və ünsiyyətlərdə ehtiyatlı olun, sayıq davranın. Bu gün sizi aldatmağa, fırıldaqdan yararlanaraq öz maraqları üçün istifadə etməyə çalışan insanlar var. Yalan məlumatlar almağınız, istəmədiyiniz işə sövq edilməyiniz istisna deyil. İndiyədək etibar etdiyiniz insanlar belə əlaqələrdən öz maraqları üçün yararlanmaq istəyəcəklər.

Günün ikinci yarısı maliyyə baxımından sərfəlidir. Alış-veriş etmək olar. Yeni ideyaların yaranması istisna deyil. Həmin ideyalardan birindən yararlanaraq az sonra uğur əldə etmək, gəlirə yiyələnmək şansları var.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizin qeydinə qalın.

Tərəzi – işgüzar fəaliyyət baxımından uğurlu gün deyil. Bu səbəbdən də mürəkkəb, genişmiqyaslı işlərin reallaşdırılmasına başlamayın. Önəmli məsələləri müzakirə edərkən diqqətli olun. Əks təqdirdə münaqişə və ya mübahisə yarana bilər.

Günün ikinci yarısında vaxtınızı yaxşı keçirmək, sizdə rəğbət hissi yaradan insanlarla ünsiyyətdən həzz almaq imkanları yaranacaq.

Axşam saatlarında alış-verişə yollanmaq olar. Zövqünüzə güvənin, orijinal və gözəl əşyalar alın. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Problemi qeyri-adi şəkildə həll edə bilərsiniz.

Səfər və ya səyahətə yaxşı hazırlaşın.

Əqrəb – günün ilk yarısı çox uğurlu olacaq. Görüşlər və özünüzlə bağlı xoş təəssürat yaratmaq istədiyiniz insanla ünsiyyət üçün münasib zamandır. Xarici görkəminizdə ciddi qüsurların olmamasına çalışın. Qayğıkeş və nikbin davransanız, məqsədə daha tez çata bilərsiniz.

Günün ikinci yarısında kiçik problemlər və xoşagəlməz situasiya yarana bilər. Təəssüflənə bilərsiniz.

Nikbin olun, ruhdan düşməyin, kiçik milçəkləri böyük fillərə çevirməyin.

Mübahisələri səngidin. Bir sözlə, mənfi təmayüllərin təsirini minimuma endirməyə çalışın.

Oxatan – günün ilk yarısı uğurlu olacaq. Son vaxtlar darıxdığınız insanla görüş və ya sizə əziz insandan xəbərlərin alınması istisna deyil. Maraqlı ideyalardan birini yaxın vaxtlarda dostlar və ya qohumlardan birinin yardımı ilə həyata keçirə bilərsiniz. Yaşam potensialının səviyyəsi yüksəkdir.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Qəflətən yaranan problemlərdən biri sizi planlarda təcili dəyişikliyə vadar edəcək.

Əsla maraqlanmadığınız işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Maliyyə itkiləri istisna deyil.
 

Oğlaq – günün ilk yarısı uğurlu olacaq. Münasib zamandan qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün yararlanın. Yeni işlərə başlaya bilərsiniz.

Şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Dəyər verdiyiniz insanla təmaslardakı fikir ayrılıqlarını aradan qaldırın.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Diqqətiniz dağılmasın. Önəmli qərar qəbul etməlisiniz. Alış-verişdə simiclik etməyin. İstirahət və əyləncəyə çox pul xərcləməyin.

Dolça – günün ilk yarısında sizi narahat edəcək, nigaranlıq yaradacaq məlumat və ya xəbər alacaqsınız. Xoşagəlməz hadisə yaşana bilər. Düşünülməmiş qərar nəticəsində səhvə yol verməyin. Bir qədər dözümlü olun. Zaman keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək, işlər qaydasına düşəcək. Yaxınlarınızla münasibəilərinizdə çoxdan bəri həllini tələb edən problemi çözün. Ailədə münasibətləri qaydaya salın.

Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər istisna deyil. Əlverişli zamandır. Yeni maraqlar formalaşacaq. Bilik və bacarıqlarınızı artırın, yeni məlumatlar əxz edin.
 

Balıqlar – müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Emosional fon yaxşı olmadığından əhvalınız tez-tez dəyişəcək. Bədbinliyə qapılmayın. Yaxınlarınızla münasibətlərdə anlaşılmazlıq, fikir ayrılıqları yarana bilər. Ünsiyyətdəki problemlər əhəmiyyətli deyil. Hər şeyi ürəyinizə salmayın.

Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək əlverişli deyil. Alış-veriş zamanı kəskin zərurət duyulmayan əşyalar almayın.

Axşam saatlarında səyahətə və ya səfərə yollanmaq olar. Əhvalınız yaxşılaşacaq. Yeni tanışlıqlar istisna deyil.
 

Milli.Az

Continue Reading

Previous: Bu həftə temperatur 40 dərəcəyə çatacaq – XƏBƏRDARLIQ
Next: Xızıda polis əməkdaşı yol-nəqliyyat hadisəsində ağır yaralandı

Bölmənin digər xəbərləri

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır
  • Cəmiyyət

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır

11 Fevral, 2026
Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq
  • Cəmiyyət

Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq

11 Fevral, 2026
Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib
  • Cəmiyyət

Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib

11 Fevral, 2026

Top 7 Xəbər

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır 1

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır

11 Fevral, 2026
Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq 2

Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq

11 Fevral, 2026
Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib 3

Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib

11 Fevral, 2026
Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib 4

Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib

11 Fevral, 2026
Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb 5

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb

11 Fevral, 2026
Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb 6

Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb

11 Fevral, 2026
ABŞ klubuna keçən Nəriman Axundzadə “Qarabağ”a təşəkkür edib 7

ABŞ klubuna keçən Nəriman Axundzadə “Qarabağ”a təşəkkür edib

11 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 884)
  • Dünya (3. 186)
  • Gündəm (11. 107)
  • İdman (620)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (461)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 940)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8884) Dünya (3186) Gündəm (11107) Kateqoriyasızlar (461) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2940) Texnologiya (14) İdman (620) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır 11 Fevral, 2026
  • Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq 11 Fevral, 2026
  • Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib 11 Fevral, 2026
  • Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib 11 Fevral, 2026
  • Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb 11 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.