Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Baş nazirdən siyasi partiyalarla bağlı QƏRAR
  • Cəmiyyət
  • İdman

Baş nazirdən siyasi partiyalarla bağlı QƏRAR

Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı
Cavidan 5 Avqust, 2023
1685780165.1595944596_eli

Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu qayda siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

Siyasi partiya maliyyə hesabatını “Mühasibat uçotu haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”na uyğun tərtib edir.

Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Siyasi partiyalar haqqında” və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarında, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Siyasi partiyanın maliyyə hesabatının tərkibi aşağıdakılardan ibarətdir:

  • maliyyə vəziyyəti haqqında hesabat (1 nömrəli əlavə);
  • maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat (2 nömrəli əlavə);
  • əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Yuxarıda nəzərdə tutulan hesabatların forması bu Qaydaya 1 və 2 nömrəli əlavələrlə müəyyən edilir.

Bu Qərar 2023-cü il və növbəti illər üzrə tərtib edilən maliyyə hesabatlarına şamil edilir.

Qaydaya əsasən, siyasi partiyanın maliyyə vəziyyəti haqqında hesabatına aşağıdakılar barədə məlumatlar daxil edilir:

  • qeyri-maddi aktivlər;
  • torpaq, tikili və avadanlıqlar;
  • daşınmaz əmlaka investisiyalar;
  • uzunmüddətli debitor borcları;
  • sair uzunmüddətli aktivlər;
  • ehtiyatlar;
  • qısamüddətli debitor borcları;
  • pul vəsaitləri və onların ekvivalentləri;
  • sair qısamüddətli aktivlər;
  • ehtiyat fondu;
  • bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər);
  • uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər;
  • uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;
  • uzunmüddətli kreditor borcları;
  • sair uzunmüddətli öhdəliklər;
  • qısamüddətli faiz xərcləri yaradan öhdəliklər;
  • qısamüddətli qiymətləndirilmiş öhdəliklər;
  • vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər;
  • qısamüddətli kreditor borcları;
  • sair qısamüddətli öhdəliklər.

Siyasi partiyanın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatına aşağıdakılar barədə məlumatlar daxil edilir:

  • gəlirlər, o cümlədən:

üzvlük haqqı;

ianə;

dövlət maliyyə yardımı;

  • çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir;
  • ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir;
  • mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;
  • hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak;
  • qanunla qadağan olmayan digər gəlirlər;
  • xərclər, o cümlədən:

cari işlərə sərf olunan vəsait;

siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər;

ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;

yerli (aşağı) təşkilatlara ödənişlər;

kreditlər üzrə faizlər;

fərdi xərclər;

sair xərclər;

ümumi mənfəət (zərər).

Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərə aşağıdakı məlumatlar daxil edilir:

  • siyasi partiyanın qərargahının yerləşdiyi yer (hüquqi ünvanı), habelə hesabat dövrü ərzində işçilərinin orta sayı barədə məlumatlar;
  • maliyyə hesabatının tərtibi ilə bağlı əhəmiyyətli uçot siyasətlərinin açıqlanmasını təmin edən məlumatlar (maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalar);
  • maliyyə vəziyyəti haqqında hesabatla bağlı aşağıdakı məlumatlar açıqlanır:
  • uzunmüddətli aktivlər və qısamüddətli aktivlər bölmələri üzrə;
  • hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna aktivlərin dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
  • xalis aktivlər (kapital) bölmələri üzrə;
  • hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna xalis aktivlərin (kapitalın) dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
  • uzunmüddətli öhdəliklər və qısamüddətli öhdəliklər bölmələri üzrə;
  • hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna öhdəliklərin dəyəri, habelə onların hərəkəti barədə məlumatlar.

Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatla bağlı aşağıdakı məlumatlar açıqlanır:

  • hesabat dövrü və əvvəlki dövr ərzində əldə edilmiş gəlirlərlə əlaqədar ayrı-ayrılıqda gəlir növləri və məbləğləri barədə məlumatlar;
  • hesabat dövrü və əvvəlki dövr ərzində xərclənmiş məbləğlərlə əlaqədar ayrı-ayrılıqda xərc istiqamətləri və məbləğləri barədə məlumatlar.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında siyasi partiya maliyyə-təsərrüfat fəaliyyətinə dair əlavə məlumatları və sənədləri təqdim etməlidir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İlham Əliyev Qaribaşviliyə başsağlığı verdi
Next: Vilayət Eyvazov Xətai DYP-yə rəis TƏYİN ETDİ

Bölmənin digər xəbərləri

Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Cavidan 30 İyun, 2026
sabina_aliyeva_200121
  • Cəmiyyət

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 124216
  • Cəmiyyət

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 665)
  • Dünya (3. 430)
  • Gündəm (11. 913)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity 1
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

30 İyun, 2026
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb Screenshot_20260630_143644_com_android_chrome_ChromeTabbedActivity 2
  • Dünya

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

30 İyun, 2026
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür sabina_aliyeva_200121 3
  • Cəmiyyət

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

30 İyun, 2026
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib Screenshot 2026-06-30 124216 4
  • Cəmiyyət

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

30 İyun, 2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib Screenshot 2026-06-30 115604 5
  • Cəmiyyət

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

30 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9665) Dünya (3430) Gündəm (11913) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.