Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 761)
  • Dünya (3. 151)
  • Gündəm (10. 961)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • İdman

Baş nazirdən siyasi partiyalarla bağlı QƏRAR

Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı
Cavidan 5 Avqust, 2023

Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu qayda siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

Siyasi partiya maliyyə hesabatını “Mühasibat uçotu haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”na uyğun tərtib edir.

Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Siyasi partiyalar haqqında” və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarında, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Siyasi partiyanın maliyyə hesabatının tərkibi aşağıdakılardan ibarətdir:

  • maliyyə vəziyyəti haqqında hesabat (1 nömrəli əlavə);
  • maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat (2 nömrəli əlavə);
  • əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Yuxarıda nəzərdə tutulan hesabatların forması bu Qaydaya 1 və 2 nömrəli əlavələrlə müəyyən edilir.

Bu Qərar 2023-cü il və növbəti illər üzrə tərtib edilən maliyyə hesabatlarına şamil edilir.

Qaydaya əsasən, siyasi partiyanın maliyyə vəziyyəti haqqında hesabatına aşağıdakılar barədə məlumatlar daxil edilir:

  • qeyri-maddi aktivlər;
  • torpaq, tikili və avadanlıqlar;
  • daşınmaz əmlaka investisiyalar;
  • uzunmüddətli debitor borcları;
  • sair uzunmüddətli aktivlər;
  • ehtiyatlar;
  • qısamüddətli debitor borcları;
  • pul vəsaitləri və onların ekvivalentləri;
  • sair qısamüddətli aktivlər;
  • ehtiyat fondu;
  • bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər);
  • uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər;
  • uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;
  • uzunmüddətli kreditor borcları;
  • sair uzunmüddətli öhdəliklər;
  • qısamüddətli faiz xərcləri yaradan öhdəliklər;
  • qısamüddətli qiymətləndirilmiş öhdəliklər;
  • vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər;
  • qısamüddətli kreditor borcları;
  • sair qısamüddətli öhdəliklər.

Siyasi partiyanın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatına aşağıdakılar barədə məlumatlar daxil edilir:

  • gəlirlər, o cümlədən:

üzvlük haqqı;

ianə;

dövlət maliyyə yardımı;

  • çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir;
  • ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir;
  • mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;
  • hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak;
  • qanunla qadağan olmayan digər gəlirlər;
  • xərclər, o cümlədən:

cari işlərə sərf olunan vəsait;

siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər;

ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;

yerli (aşağı) təşkilatlara ödənişlər;

kreditlər üzrə faizlər;

fərdi xərclər;

sair xərclər;

ümumi mənfəət (zərər).

Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərə aşağıdakı məlumatlar daxil edilir:

  • siyasi partiyanın qərargahının yerləşdiyi yer (hüquqi ünvanı), habelə hesabat dövrü ərzində işçilərinin orta sayı barədə məlumatlar;
  • maliyyə hesabatının tərtibi ilə bağlı əhəmiyyətli uçot siyasətlərinin açıqlanmasını təmin edən məlumatlar (maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalar);
  • maliyyə vəziyyəti haqqında hesabatla bağlı aşağıdakı məlumatlar açıqlanır:
  • uzunmüddətli aktivlər və qısamüddətli aktivlər bölmələri üzrə;
  • hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna aktivlərin dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
  • xalis aktivlər (kapital) bölmələri üzrə;
  • hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna xalis aktivlərin (kapitalın) dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
  • uzunmüddətli öhdəliklər və qısamüddətli öhdəliklər bölmələri üzrə;
  • hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna öhdəliklərin dəyəri, habelə onların hərəkəti barədə məlumatlar.

Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatla bağlı aşağıdakı məlumatlar açıqlanır:

  • hesabat dövrü və əvvəlki dövr ərzində əldə edilmiş gəlirlərlə əlaqədar ayrı-ayrılıqda gəlir növləri və məbləğləri barədə məlumatlar;
  • hesabat dövrü və əvvəlki dövr ərzində xərclənmiş məbləğlərlə əlaqədar ayrı-ayrılıqda xərc istiqamətləri və məbləğləri barədə məlumatlar.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında siyasi partiya maliyyə-təsərrüfat fəaliyyətinə dair əlavə məlumatları və sənədləri təqdim etməlidir.

Continue Reading

Previous: İlham Əliyev Qaribaşviliyə başsağlığı verdi
Next: Şəhid ailələrinə daha bir güzəşt hüququ verilir

Bölmənin digər xəbərləri

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb
  • Cəmiyyət

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27 Yanvar, 2026
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
  • Cəmiyyət

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

27 Yanvar, 2026
Məcnun Məmmədova iki yeni müavin təyin edilib
  • Cəmiyyət

Məcnun Məmmədova iki yeni müavin təyin edilib

27 Yanvar, 2026

Top 7 Xəbər

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb 1

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27 Yanvar, 2026
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib 2

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

27 Yanvar, 2026
Məcnun Məmmədova iki yeni müavin təyin edilib 3

Məcnun Məmmədova iki yeni müavin təyin edilib

27 Yanvar, 2026
Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır 4

Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır

27 Yanvar, 2026
Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb 5

Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb

27 Yanvar, 2026
Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub 6

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub

27 Yanvar, 2026
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub 7

Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub

27 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 761)
  • Dünya (3. 151)
  • Gündəm (10. 961)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8761) Dünya (3151) Gündəm (10961) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb 27 Yanvar, 2026
  • Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib 27 Yanvar, 2026
  • Məcnun Məmmədova iki yeni müavin təyin edilib 27 Yanvar, 2026
  • Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır 27 Yanvar, 2026
  • Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.