Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Laçın ətrafında təbliğat: Türkiyə niyə reaksiya vermir?
  • Cəmiyyət
  • Gündəm

Laçın ətrafında təbliğat: Türkiyə niyə reaksiya vermir?

Bu, hər iki tərəfdən gözlənilən vacib görüşdür. Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Azərbaycan XİN rəhbərinin Ankaraya səfərinin
Cavidan 1 Avqust, 2023
hakan-fidan-yeni1

Bu, hər iki tərəfdən gözlənilən vacib görüşdür.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Azərbaycan XİN rəhbərinin Ankaraya səfərinin məqsədi haqqında şərh verərkən deyib.

O bildirib ki, tərəflər prioritetlərini öncədən müəyyənləşdiriblər, müzakirələr də buna uyğun olaraq aparılır:

“Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfərində yəqin ki, postmünaqişə tənzimlənməsi, müxtəlif sahələrdə ikitərəfli dialoq, Türkiyə və Azərbaycan münasibətlərinin regional və beynəlxalq səviyyədə təsiri əsas müzakirə olunan məsələlərdəndir.

Həmçinin münasibətlər yeni mərhələyə qədəm qoyub. Türkiyədə bu yaxınlarda prezident və parlament seçkiləri baş tutub. Yeni hökumət formalaşıb və Azərbaycan bu hökumətlə əməkdaşlığını bir daha təsdiq edir“.

Laçın ətrafında baş verən son hadisələrin Türkiyənin də diqqətində olduğunu bildirən politoloq hesab edir ki, Ankara məsələyə səbirli yanaşmağın tərəfdarıdır:

“Türkiyə regionda gedən proseslərin tənzimlənməsində daha çox Azərbaycanın rolunu ön plana çıxarır. Çünki Azərbaycan özü problemlərinin həll etmək iqtidarındadır. Türkiyənin burada hər hansı formada Azərbaycana yardım göstərməsi gərəkli deyil. Ona görə də Türkiyə hazırda Laçın yolu ətrafında baş verən hadisələrə təmkinlə yanaşır. Digər tərəfdən, Ermənistan Türkiyə ilə dialoq aparmaq niyyətindədir. Bunu gizlətmir. Türkiyə, əslində, bu dialoqu aparmaqla, Ermənistana daha çox nüfuz edə bilər. Ona görə, bu təsirin əhəmiyyətini azaltmamaq üçün Türkiyə kəskin bəyanatlarla çıxış etmir“.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Mədə və qarın ağrılarının səbəbini necə ayırd etməli?
Next: Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 151534
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.