Şəmkir Rayon Polis Şöbəsinin Kür bölməsinin rəisi polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə Ədalət Sadıqov Şəmkir Rayon Polis Şöbəsində təhqiqatçı vəzifəsinə təyinat alıb.
[color=#FF0000]Xatırladaq[/color] ki, polkovnik Ədalət Sadıqov bir müddət əvvəl idarə etdiyi “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuşdu. Nəticədə rayonun Aşağı Quşçu kənd sakini, 26 yaşlı gənc xəstəxanaya aparılarkən yolda ölmüşdü.