Azərbaycanda fəaliyyət göstərən “Bolt”, “Uber”, “Yango” taksi şirkətlərinin qiymətlərində artım olduğu bildirilir.
Şirkətlər taksilərdə gediş haqqının minimal qiymətini artırıb.
Belə ki, bu gündən etibarən hər üç şirkətdə məsafədən asılı olmayaraq minimal qiymət 2.50 manat olacaq.
Bundan əvvəl “Yango”, “Uber”də minimal gediş 1 – 1,2 ₼, “Bolt”da isə 1,5 – 1,6 ₼ olaraq dəyişirdi.
Artımın səbəbi açıqlanmayıb.
Modern.az