Skip to content
9 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 454)
  • Dünya (3. 044)
  • Gündəm (10. 575)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Qlobal Forumun iştirakçıları Şuşanın tarixi məkanları ilə tanış olublar

İyulun 22-də milli mətbuatımızın 148 illiyi münasibətilə Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçıları
Cavidan 22 İyul, 2023

İyulun 22-də milli mətbuatımızın 148 illiyi münasibətilə Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçıları şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.

Qonaqlar əvvəlcə Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Qonaqlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Qonaqlar Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarovların malikanəsi, Qazançı kilsəsində olublar. Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.
Sonda Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Onlar Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Continue Reading

Previous: Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı
Next: Moskvada ticarət mərkəzində qaynar su borusu partlayıb – Ölənlər var

Bölmənin digər xəbərləri

Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub
  • Gündəm

Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub

9 Dekabr, 2025
“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
  • Cəmiyyət

“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

9 Dekabr, 2025
KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər
  • Cəmiyyət

KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər

9 Dekabr, 2025

Top 7 Xəbər

Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub 1

Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub

9 Dekabr, 2025
“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib 2

“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

9 Dekabr, 2025
KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər 3

KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər

9 Dekabr, 2025
Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək 4

Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək

9 Dekabr, 2025
UEFA Çempionlar Liqası: Əsas mərhələnin VI turunda “Qalatasaray” “Monako”nun qonağı olacaq 5

UEFA Çempionlar Liqası: Əsas mərhələnin VI turunda “Qalatasaray” “Monako”nun qonağı olacaq

9 Dekabr, 2025
Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub 6

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub

8 Dekabr, 2025
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir 7

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

8 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 454)
  • Dünya (3. 044)
  • Gündəm (10. 575)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8454) Dünya (3044) Gündəm (10575) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (592) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub 9 Dekabr, 2025
  • “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib 9 Dekabr, 2025
  • KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər 9 Dekabr, 2025
  • Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək 9 Dekabr, 2025
  • UEFA Çempionlar Liqası: Əsas mərhələnin VI turunda “Qalatasaray” “Monako”nun qonağı olacaq 9 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.