İyulun 25-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Bu barədə Təhsil İnstitunun İnsan Resurları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.
Namizədlər [b]https://miq.edu.az/direktorlar/qanun/esse.pdf[/b] linki vasitəsilə namizədin qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.