Skip to content
31 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 148)
  • Dünya (3. 286)
  • Gündəm (11. 483)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 359)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Prezident Şuşada məktəbin tikintisi ilə tanış olub – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi
Cavidan 21 İyul, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 960 şagird yerlik üçmərtəbəli binasında tədrisin təşkili üçün hər cür şərait yaradılıb. Məktəbdə hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, 1 STEAM mərkəzi, kitabxana və oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, tibb otağı, müayinə otağı, yeməkxana, həmçinin akt və idman zalları, inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan bir hektar ərazidə futbol meydançası, transformator, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binaların inşası da yekunlaşıb.

Qeyd edək ki, ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verib. Şuşada 1 saylı tam orta məktəb binasının inşası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəb binasının inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.

Continue Reading

Previous: Generalın yerinə Vətən Müharibəsi Qəhrəmanı təyin olundu
Next: İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edəcək

Bölmənin digər xəbərləri

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub
  • Gündəm

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

31 Mart, 2026
Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib
  • Cəmiyyət

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

31 Mart, 2026
“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi
  • Cəmiyyət

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

31 Mart, 2026

Top 7 Xəbər

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub 1

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

31 Mart, 2026
Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib 2

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

31 Mart, 2026
“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi 3

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

31 Mart, 2026
İsmayıllıda ailə faciəsi – 19 yaşlı qızla 3 yaşlı körpə öldü 4

İsmayıllıda ailə faciəsi – 19 yaşlı qızla 3 yaşlı körpə öldü

31 Mart, 2026
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi 5

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi

31 Mart, 2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 6

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

31 Mart, 2026
31 Mart soyqırımından 108 il ötür 7

31 Mart soyqırımından 108 il ötür

31 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 148)
  • Dünya (3. 286)
  • Gündəm (11. 483)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 359)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9148) Dünya (3286) Gündəm (11483) Kateqoriyasızlar (476) Kriminal (1359) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub 31 Mart, 2026
  • Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib 31 Mart, 2026
  • “Ağcabədi batalyonu”nun komandiri vəfat etdi 31 Mart, 2026
  • İsmayıllıda ailə faciəsi – 19 yaşlı qızla 3 yaşlı körpə öldü 31 Mart, 2026
  • Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi 31 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.