Skip to content
1 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 152)
  • Dünya (3. 288)
  • Gündəm (11. 487)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Artırılan cərimələrin tam siyahısı – Rəsmi şərh

İyulun 17-si Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimələrin
Cavidan 19 İyul, 2023

İyulun 17-si Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimələrin miqdarının artırılmasından əlavə məcəlləyə yeni-333.1.1-ci (narkotikin təsiri altında avtomobil idarə edilməsi) maddəsi əlavə edilib.

Məcəlləyə edilmiş dəyişikliklər və əlavələr, tətbiq ediləcək cəzalar nədən ibarədir? Bununla bağlı suallara Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli aydınlıq gətirib.

Qurum rəsminin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi ilə bağlı fərmanda əsas məqamlardan biri məcəlləyə yeni- 333.1.1-ci maddənin əlavə edilməsidir:

“ Burda söhbət konkret olaraq narkotik təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsindən gedir. Bu maddənin sanksiyasında 600 manat cərimə və ya 6 aydan 1 ilə kimi sürücülük hüququndan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməl təkrar törədildikdə isə 800 manat cərimə və ya 2 il sürücülük hüququndan məhrum edilməklə 15 gündən 1 aya kimi inzibati həbs cəzası tətbiq edilə bilər. Əvvəl isə bu məsələ 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəyə uyğun olaraq tənzimlənirdi . Həmin maddənin sanksiyası 400 manat cərimə və ya 6 aydan 1 ilə kimi sürücülük hüququndan məhrum etmə nəzərdə tuturdu.”

Fərmanda əskini tapmış əsas dəyişiklərdən biri isə avtomobil yollarının qorunması və saxlanılmasına görə cərimələrin artırılması ilə bağlıdır. Bu qaydanı pozan vəzifəli şəxslər üçün cərimə məbləği 500-800 manat, hüquqi şəxslər üçün isə 2-3 min manat olub. Əvvəl isə bu məbləğ vəzifəli şəxslərə münasibətdə 100-150 manat, hüquqi şəxslərə münasibətdə isə 1000-2000 manat idi.
Dəyişiklikdə cərimə məbləği ən çox artırılan cəza növü də budur.

Digər cəza və tətbiq ediləcək cərimələri cədvəl şəklində təqdim edirik:

Araz Əsgərli qeyd edib ki, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində məsələlərə daha tutarlı və təsiredici yanaşmaqdır:

“Dəyişiklərin hər biri kobud qayda pozuntuları üzərində aparılıb və bu cür qayda pozuntularının hər biri birbaşa yol-nəqliyyatı hadisələrinin törədilməsində əsas halları təşkil edir. Əsas məsələ budur ki, qaydalara zidd hərəkət edən sürücülərə münasibət qanuni qaydada dəyişir.”

Continue Reading

Previous: Rusiya bununla bağlı BMT-yə 3 ay vaxt verdi
Next: Qaxda “Bank Respublika”nın əməkdaşı iş yoldaşını güllələyib

Bölmənin digər xəbərləri

“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib
  • Dünya

“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

1 Aprel, 2026
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək
  • Cəmiyyət

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

1 Aprel, 2026
Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO
  • Cəmiyyət

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026

Top 7 Xəbər

“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib 1

“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

1 Aprel, 2026
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək 2

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

1 Aprel, 2026
Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 3

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026
ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 4

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

31 Mart, 2026
Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO 5

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO

31 Mart, 2026
Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib 6

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

31 Mart, 2026
Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq 7

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

31 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 152)
  • Dünya (3. 288)
  • Gündəm (11. 487)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9152) Dünya (3288) Gündəm (11487) Kateqoriyasızlar (476) Kriminal (1361) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib 1 Aprel, 2026
  • Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək 1 Aprel, 2026
  • Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 31 Mart, 2026
  • ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 31 Mart, 2026
  • Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO 31 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.