Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Günün qoroskopu: Şəxsi münasibətlərdə təşəbbüskar olun
  • Cəmiyyət
  • Gündəm

Günün qoroskopu: Şəxsi münasibətlərdə təşəbbüskar olun

Qoç – aktiv fəaliyyətə başlamazdan əvvəl ətrafınıza nəzər salın. Addım və qərarlarınızın yaxınlarınıza, tanışlarınıza zərər vermədiyinə əmin olun. Yanlışlıqların
Cavidan 14 İyul, 2023
horos_20 (1)

Qoç – aktiv fəaliyyətə başlamazdan əvvəl ətrafınıza nəzər salın. Addım və qərarlarınızın yaxınlarınıza, tanışlarınıza zərər vermədiyinə əmin olun. Yanlışlıqların fəsadları ağır ola bilər. Sözlərinizdə diqqətli olun. Önəm verdiyiniz insanın xətrinə dəyməyin, onun qəlbini qırmayın.

Günün ikinci yarısı yaradıcılıq fəaliyyəti üçün pis deyil. Yeni biznes layihəyə başlamaq olar. Önəmli sərmayə tələb edən layihəni etibar etdiyiniz insanla müzakirə edin.

Buğa – işlərin axarı pis deyil. Qətiyyətli və iradəli davransanız, gerçəkdən də, ciddi irəliləyişə nail ola bilərsiniz. Köhnə dostlar yanınızda olacaqlar. Onlar məsləhətlərini, zərurət yarandığı təqdirdə isə yardımlarını əsirgəməyəcəklər. İşgüzar danışıqlarda irəliləyişlər olacaq.

Şəxsi münasibətlərdə harmoniyaya nail olmaq üçün səy göstərməli olacaqsınız. Ağır saatlar yaşanacaq. Ailə üzvləri ilə təmaslarda xüsusilə diqqətli olun.

Axşam saatlarında aktiv istirahəti seçin.
 

Əkizlər – uğurlu, qarşınızda yeni üfüqlər yaradan gündür. Məqsədəuyğun şəkildə çalışın, tənbəlliyə qapılmayın. Yeni işlərə başlamaq olar. Mühüm və həlli çətin məqamları müəyyənləşdirin, təşkilati məsələləri həll edin. Liderlik məziyyətlərinizi nümayiş etməkdən çəkinməyin.

İşdə həmfikirlərlə birlikdə maneəni dəf etmək olar. Kollektiv fəaliyyətdə xeyir var.

Çətinlik çəkmədən yaxınlarınızla dil tapın. Ciddi mübahisə və ya fikir ayrılıqlarının səbəbkarı olmayın. Axşam saatlarında xoş sürprizlər, romantik görüş istisna deyil.

Xərçəng – kiçik məsələlərə və xırda problemlərə görə əhvalınızı pozmayın. Diqqətli və qətiyyətli olsanız, həmin çətinliklərin öhdəsindən gələcəksiniz. Səfər, köç, iş yerini dəyişmək üçün münasib zamandır. Yeni sahədə və ya müstəvidə özünüzü sınaya bilərsiniz.

Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Aktiv, enerjili olun. Problemlərin sayı sizi bihal etməsin, yorğunlaşdırmasın. Yaşam tərzinizi normallaşdırın.

Yeni rejimə uyğunlaşmaq çətin deyil.

Şir – günün ilk yarısı çətinliklərdən xali deyil. Əsəbi, emosional, qıcıqlı olmayın. Hisslərinizin əsirinə çevrilməyin.

Dəyər verdiyiniz insanlardan biri ilə kəskin mübahisə edərək əlaqələri gərməyin.

Günün ikinci yarısı danışıqlar və müzakirələr üçün əlverişli deyil.

Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Problemlər həllini tapacaq, situasiya stabilləşəcək. Axşam saatları uğurludur.

Sevdiyiniz insanla birlikdə olun.

Qız – uğursuzluqlar, ciddi problemlər ola bilər. Şəxsi münasibətlərdə sərvaxt davranın. Yaxın ətrafınızdakı insanların məsləhətlərini birmənalı olaraq qulaqardına vurmayın. Həmin məsləhətlər arasında faydalı olanlar da var. Maliyyə çətinlikləri istisna deyil. Anlaşma, sövdələşmə və müqavilələr üçün əlverişli zaman deyil.

Yaxınlarınızla dil tapmağa çalışın. Onlar planlarınızı bəyənmir, mövcud situasiya ilə bağlı mövqelərinizi yanlış sayırlar. Münaqişələrə imkan verməyin, ixtilafları aradan qaldırın.

Tərəzi – işgüzar fəaliyyət üçün əlverişli gündür. Həmkarlarla dil tapın, peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli irəliləyişlərə nail olmağa çalışın. Başqalarının yalnız arzu etdiyi nailiyyətlərə qovuşun. Bütün bunlar təbii ki, tərəfdaşlar, sifarişçilər və ya işdəki rəhbərliyin diqqətini cəlb edəcək.

Vəzifəniz, maaşınız arta bilər.

Şəxsi münasibətlər müstəvisində də durum pis deyil. Olaylar sizi sevindirəcək. İndiyədək gərgin münasibətlərdə olduğunuz insanlarla dil tapmağa can atın. Həssas insanlara yardım edin. Ümidini itirənləri ruhlandırın.

Əqrəb – işdəki situasiya ideal olmasa da, təlaşa qapılmayın, təşvişə düşməyin. Yaranan çətinliklərin öhdəsindən gəlməyə çalışın. Həmkarlarla mübahisələr sizi sinirləndirməsin. Haqlı olduğunuzu sübut edin. Fikir və mövqelərinə sayğı bəslədiyiniz insanlarla sərt danışmayın.

Mühüm qələbələrə nail olmaq çətindir.

Ailədə kiçik anlaşılmazlıqlar yarana bilər. Yaxınlarınızın bəziləri qərar və addımlarınızı tənqid edirlər.

Amma aqressiv olmayın. Yaxınlarınızla səmimi, qayğıkeş davranın. 

Oxatan – çətin, qarışıq gündür. Ağır problemlərin həllində qıvraq davranın. Yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Ötənlərdə əldə etdiyiniz bilik və bacarıqlar karınıza gələcək. Maliyyə məsələlərində müsbət dəyişikliklər olacaq.

Ailə üzvləri və qohumlar sizi dəstəkləyir, yardım etməyə çalışmayacaqlar. Ruhdan düşməyin, müstəqil işləyin. Kimsəyə bel bağlamayın.

Axşam saatlarına yaxın yeni müttəfiq tapa bilərsiniz.

Oğlaq – böyük və asan əldə ediləcək uğurlar olmayacaq. Zəhmət çəkməli, çalışmalısınız. Sakit oturmayın. Boşuna keçirilən saatlar xoş emosiyalar bəxş etməyəcək. Əksinə, böyük və kiçik uğursuzluqların təməli qoyulacaq. Astagəl olsanız, maliyyə problemləri və işgüzar tərəfdaşlarla ixtilaflar qaçılmazdır.

Günün ikinci yarısında uğurlarınıza sevinə bilərsiniz. Yaşam potensialının səviyyəsi aşağıdır. Səhhətinizdə problemlər, xroniki ağrıların kəskinləşməsi riskləri var. Tənəffüs sistemini qoruyun.

Dolça – rəvan və məhsuldar iş üçün əlverişli gündür. Səliqə-səhman, nizam, detallara diqqət tələb edən işlərdə səhvlərə yol verməyin. Yaradıcılıq fəaliyyətini ertələyin. Yeni ideyalar yoxdur, köhnə ideyalardan da yararlana bilmirsiniz. İşgüzar təkliflər ala bilərsiniz. İlk baxışdan onlar maraqlı və sərfəli təsir bağışlasalar da, əslində belə deyil. Razılaşmağa tələsməyin.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Maraqlandığınız insana doğru ilk addım atın. Cazibədar insanla tanış ola bilərsiniz.

Axşam saatlarına yaxın xroniki ağrılar kəskinləşə bilər. Gözlərinizdə ağrılar istisna deyil.

Balıqlar – bütün işləri sürətlə görməyə və vaxtından əvvəl başa vurmağa çalışmayın. Hazırda ən mühüm olan məsələyə daha çox diqqət ayırın. Süst, astagəl, ahəstə davranış sənədləşdirmə və ya maliyyə işlərində ciddi problemlər yarada bilər. Dəqiqlik tələb edən hesablamalarda fikriniz yayınmasın. Məişət kimyası, lak və ya boya ilə təmasda olsanız, sərvaxt davranın.

Yaxınlarınızla münasibətləri sərinləşdirməyin. Son vaxtlar ünsiyyətində gərginliklər yaşayan adamla dil tapmağa çalışın. Ağır fiziki işlər görməyin.

Axşam saatlarında gəzintiyə çıxın.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident onları təltif etdi – SƏRƏNCAM
Next: Ermənilər Sədərək və Xocalını ATƏŞƏ TUTDU

Bölmənin digər xəbərləri

WhatsApp Image 2026-07-14 at 17.27.22
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 170729
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 160024
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 743)
  • Dünya (3. 454)
  • Gündəm (11. 949)
  • İdman (674)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 412)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

UEFA reytinqi: “Sabah” Azərbaycanın əmsalını daha da artırıb Screenshot 2026-07-15 091458 1
  • İdman

UEFA reytinqi: “Sabah” Azərbaycanın əmsalını daha da artırıb

15 İyul, 2026
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 2
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.22 3
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

14 İyul, 2026
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb Screenshot 2026-07-14 170729 4
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

14 İyul, 2026
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib Screenshot 2026-07-14 164759 5
  • Dünya

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9743) Dünya (3454) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1412) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (674) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.