Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Efirə çıxıb əxlaqdan danışır, murdar qadın…” – Vəziroğludan qalmaqallı sözlər
  • Cəmiyyət
  • Gündəm

“Efirə çıxıb əxlaqdan danışır, murdar qadın…” – Vəziroğludan qalmaqallı sözlər

Tanınmış televiziya aparıcısı Rövşanə Ağasəfqızı bir neçə gün öncə qızlara qoyulan qadağalardan, ayrı-seçkilikdən danışdı.  Aparıcı bildirdi ki, cəmiyyət
Cavidan 7 İyul, 2023
WhatsApp Image 2023-07-07 at 10.00.08

Tanınmış televiziya aparıcısı Rövşanə Ağasəfqızı bir neçə gün öncə qızlara qoyulan qadağalardan, ayrı-seçkilikdən danışdı. 

Aparıcı bildirdi ki, cəmiyyət ailə qurmadan münasibətdə olan qadınlara əxlaqsız kimi yanaşır, qızlara çox qadağalar qoyulur: 

“30 yaşlı qız ailə həyatı qurmayıb, nə etməlidir? Qızın bu yaşda uşaq dünyaya gətirmə istəyi belə dəhşət qarşılanır. Toy etməmisən, necə uşaq dünyaya gətirə bilərsən?” 

R.Ağasəfqızının bu sözləri isə cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə tənqid hədəfinə çevrilən teleaparıcı cəmiyyətin əxlaqını pozmaqda ittiham olundu.

Məsələ ilə bağlı Yenisabah.az-a fəlsəfə doktoru, tanınmış jurnalist Anar Vəziroğlu danışıb. 

O, bildirib ki, hər şey valideynin öz tərbiyəsindən asılıdır və qadağalarla uşağı tərbiyə etmək mümkün deyil: 

“Mən Rövşanə Ağasəfqızının, yaxud başqasının dediklərinə qarışmıram. Hərənin subyektiv fikri var, bunu deyir və müdafiə edir. Bilsəm ki, Rövşanə zəifdir, özünü müdafiə edə bilmir, o zaman onu müdafiə edərdim. Amma hər kəs subyektiv fikrinə cavabdehdir. 

Düşünürəm ki, ümumiyyətlə, bizdə uşaqları kiçik yaşlarından çox yükləyirlər, üzərlərinə böyük məsuliyyət qoyurlar. Təsəvvür edin, bu gün 1-ci sinifə gedən uşağı da müəllim yanına qoyurlar. Qız uşaqlarına isə xüsusilə yüklənirlər, o olmaz, bu olmaz, filankəsin yanında danışma, qonaqlıqda səsin çıxmasın və s. Uşağa nəyi qadağan etsən, ona daha çox can atacaq. Uşağı sıxmaqla, qadağalar qoymaqla onu düzgün tərbiyə edə bilməzsən. Övlada örnək elə valideyn özüdür. Valideyn özü tərbiyəli olarsa, övlad da ondan bunu görüb-götürəcək. Sən özün siqaret çəkib uşağına “Sənin qulağını kəsərəm, siqaret çəkmə!” deyirsənsə, o uşaq onsuz da bunu dinləməyəcək. Valideyn arağı vedrə ilə içir, övladına deyir ki, ay bala, içki içmə, “piyanska” olacaqsan. Murdarlıq budur”. 

Ekspert bu gün telekanallarda insanlara məsləhət verənlərin çoxunun normal həyat tərzi sürmədiyi qeyd edib: 

“Özün etmədiyin şeyi qarşındakından tələb edə bilməzsən. Amma bu gün əksəriyyət belə edir. Əxlaqsız qadın efirə çıxıb öz ailəsindən danışır, məsləhət verir. Sənin ailən mənim üçün aksiom ola bilməz. Sənin ailən onsuz da murdardır. Əvvəlcə cəmiyyətdə mövqe tutmalısan, daha sonra başqasına məsləhət verməyə haqqın çatar. Axı sənin qonşuların, ətrafın hamısı bilir ki, sən hansı yuvanın quşusan. 

Telekanallar bu gün “təkistifadəlik ekspert”ləri efirə çıxarır. Görürsən efirdədir, məsləhət verir, amma 5 gün sonra yoxdur. Özlərini ulduz, ən nümunəvi adam sayırlar. Üzr istəyirəm ifadələrimə görə, lakin onlar bir zibil deyillər, buna baxmayaraq, camaata ağıl öyrətməkdə pərgardırlar! Elə sözlər danışırlar ki, dəymişin dura-dura kalın tökülür. Bu cür həyasızlar hər yerə yol tapıblar. Elə bir müqəddəs yer qalmayıb ki, gedəsən, qibləni tutasan. Bu gün belə bir yer yoxdur. Nə edəsən?” 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ukrayna 12 ölkənin imzaladığı sazişə qoşulmaq istəyir
Next: Azərbaycan nefti ucuzlaşıb

Bölmənin digər xəbərləri

WhatsApp Image 2026-07-14 at 17.27.22
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 170729
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 160024
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 743)
  • Dünya (3. 454)
  • Gündəm (11. 949)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 412)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 1
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.22 2
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

14 İyul, 2026
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb Screenshot 2026-07-14 170729 3
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

14 İyul, 2026
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib Screenshot 2026-07-14 164759 4
  • Dünya

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

14 İyul, 2026
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO Screenshot 2026-07-14 160024 5
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9743) Dünya (3454) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1412) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.